adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Avqust 2019 13:30
5912
HADİSƏ
A- A+

Dənizdə boğulan beş uşaq xilas edildi: ikisi reanimasiyadadır

Şabran rayon Xəlilli kəndi ərazisində, dənizdə çimərkən boğulmaq təhlükəsi ilə üzləşən beş uşaq xilas edilib.

Xilas edilənlərdən ikisinin vəziyyəti ağır olduğundan Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Şabranın Uzunboyad kənd sakinləri olan 4 yaşlı Əhmədov Mikayıl Ağabəy oğlu və 12 yaşlı Zamanov İlqar Bəylər oğlu reanimasiya şöbəsinə yerləşdirilib.

Digər üç azyaşlı isə yaxınlarına təhvil verilib.(oxu.az)