viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Ölkədə "qara yara"ya qarşı aparılan peyvəndləmə ilə bağlı son durum açıqlandı Adalet.az | Ölkədə "qara yara"ya qarşı aparılan peyvəndləmə ilə bağlı son durum açıqlandı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Ölkədə "qara yara"ya qarşı aparılan peyvəndləmə ilə bağlı son durum açıqlandı

2772    |   2019-08-02 11:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu ilin 6 ayı ərzində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən xüsusi təhlükəli xəstəliklər hesab olunan "qara yara" xəstəliyinə qarşı 2 milyon 530 milyon 204 baş iribuynuzlu, 7 milyon 185 min 984 xırdabuynuzlu heyvanda, 4 min 105 donuzda və 81 min 363 baş təkdırnaqlıda, 320 baş dəvədə profilaktik peyvəndləmə aparılıb.

Bunu bu gün keçirilən mətbuat konfransında Aqrar Xidmətlər Agentliyinin Heyvan sağlamlığı və baytarlıq xidmətlərinin tənzimlənməsi şöbəsinin müdiri Ramiz Salmanov bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində dabaq xəstəliyinə qarşı 2 milyon 542 min 133 baş iribuynuzlu, 6 milyon 992 min 13 baş xırdabuynuzlu heyvanlarda leptospiros xəstəliyinə qarşı, 375 min 917 baş iribuynuzlu, 195 min 831 baş xırdabuynuzlu heyvanlarda quduzluq xəstəliyinə qarşı, 239 min 136 baş itdə (o cümlədən 377 baş sahibsiz itdə, 617 baş iribuynuzlu heyvanda, 70 baş xırdabuynuzlu heyvanda), nodulyar dermatit xəstəliyinə qarşı 2 milyon 646 min 880 baş iribuynuzlu heyvanda, qoyunların çiçək xəstəliyinə qarşı 8 milyon 111 min 569 baş davarda profilaktik peyvəndləmə aparılıb.

Şöbə müdir qeyd edib ki, cari ilin 6 ayı ərzində bruselyoz xəsitəliyinə qarşı "Ştamm-19" vaksini ilə 134 min 524 baş iribuynuzlu heyvanda, "Rev-1" vaksini 515 min 936 baş xırdabvuynuzlu heyvanda, donuzların taun xəstəliyinə qarşı 4 min 386 baş donuzda, həmçinin quşların nyukasl xəstəliyinə qarşı "H" vaksini ilə 23 milyon 138 min 83 baş quşda, "La-sota" vaksini ilə 30 milyon 655 min 682 baş cücədə peyvəndləmə aparılıb.

" O cümlədən həssas heyvanlar arasında bruselyoz xəsitəliyini aşkar etmək, xəstləyin yayılmasının qarşısını almaq məsqsədilə 106 min 480 baş iribuynuzzlu, 8 min 643 baş xırdabuynuzlu heyvandan qan nümunəsi alınaraq seroloji müayinə edilib. "Quş qripi"nə görə 2 dəfə seromonitorinq keçirilib, qan və pataloji materiallar müvaviq müayinələrdən keçirilib və nümunələrin heç birində "quş qripi" xəstəliyinin törədicisi aşkarlanmayıb.

Beləliklə, 2019-cu ilin 6 ayı ərzində respublikada epizotik vəziyyət sabit olub".(trend)




İmza:
SON XƏBƏRLƏR
2019-08-25
2019-08-24
2019-08-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (80%)
“Linfild” (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK