adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
01 Avqust 2019 17:33
30266
SİYASƏT
A- A+

Leyla Abdullayeva: Ermənistanın XİN rəhbəri “sabitlik” sözünün mənasını düzgün başa düşmür

Ermənistanın xarici işlər naziri "sabitlik” sözünün mənasını düzgün başa düşmür.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva öz "Twitter” səhifəsində Ermənistan XİN rəhbəri Zoqrab Mnatsakanyanın Ermənistanı "sabitlik adası” adlandırmasını şərh edərkən deyib.

L.Abdullayeva erməni nazirin bu sözü düzgün anlamadığını vurğulayıb:

"Başqa dövlətin torpaqlarını işğal altında tutan və etnik təmizləmə aparan təcavüzkar necə "sabitlik adası” ola bilər? İlk növbədə beynəlxalq hüquqa hörmət etmək lazımdır!”