adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
01 Avqust 2019 14:04
19986
MARAQLI
A- A+

Deyəsən, 70 ildir Allahla yox, divarla danışırlar

Qüdsdə "Göz yaşları divarı” adlı bir məkan var. Hər gün buraya minlərlə insan gəlir və dualar edir. CNN-nin müxbiri bu insanlardan birinə yaxınlaşır:
- Bağışlayın, mən Rebeka Smitəm, bəs sizin adınız nədir?
+ Moisey Faynberq.
- Deyə bilərsinizmi ki, siz neçə ildir "Göz yaşları divarı”na yaxınlaşıb dualar edirsiniz?
+ 70 ildən çox olar, az olmaz.
- 70 il. Bu heyrətamizdir. Siz deyə bilərsinizmi, dua edərkən Allahdan nə diləyirsiniz?
+ Mən Allahdan xristianlar, yəhudilər və müsəlmanlar arasında sülh olmasını arzulayıram. Dua edib yalvarıram ki, müharibələr olmasın, insanlar bir-birinə nifrət etməsinlər. İstəyirəm ki, uşaqlar və qocalar təhlükəsiz şəraitdə yaşasınlar. Mən Allahdan istəyirəm ki, siyasətçilər öz xalqlarının mənafelərini şəxsi mənafelərindən üstün tutsunlar.
- İndi sizdə 70 illik dualardan sonra hansı hissiyatlar yaranıb?
+ Məndə belə bir hissiyat yaranıb ki, bu 70 ildə deyəsən ancaq divarla danışıram...

"Facebook"da paylaşdı : Rəmail Azaflı