Faiq QİSMƏTOĞLU: BALDAN DA ŞİRİN NƏVƏ

FAİQ QİSMƏTOĞLU
63173 | 2019-08-02 10:08

... Nəvəninnə qədər şirin olduğunu babalar və nənələr daha yaxşı bilirlər. Olmayanlara danəvə qismət olsun! – deyirik. Çünki o, dünyaya gələndən sonra bu şirinliyi hisseləmək olur . Allah-Təala mənə də ən böyük var-dövlət verib – iki nəvə qisməteləyib. Birinin adı Sədaqətdi, birinin də adı Tunardı. Hər ikisi Füzulirayonunun Horadiz şəhərində yaşayır və ordakı 1 nömrəli tam orta məktəbdəoxuyur. Sədaqət 10-cu sinifə keçib, Tunar isə 7-ci sinifə.

Nəvələrinşirinliyindən heç vaxt doymaq olmur. Onların oturuşu, duruşu, şıltaqlığı,şirinliyi adama bir ömür bəxş edir. Mənim də hər iki nəvəm dərs əlaçısıdı. Həmişədeyirəm ki, kim əlaçı olsa, ona hədiyyə verəcəm. Bu hədiyyə də nə olsa yaxşıdı?Kitab! Hər iki nəvəmdə kitaba çox böyük sevgi var. Onlara nə hədiyyə etsəm də, amma kitab qədər onlarısevindirən heç bir hədiyyə yoxdur.

Bir dəfəTunar bizə gəlmişdi. Kitab rəfimə diqqətlə baxdı, sonra əlini uzadıb ordan CekLondonun hekayələr kitabını götürdü. Mən də bir şey demədim. Çünki seçim onunözünün idi. Əgər mən desəydim filan kitabı oxu, bəlkə də yaxşı alınmazdı. Bir həftəniniçərisində o kitabdakı dörd hekayənin dördünü də oxudu. Sonra da gəlib o hekayələrdən– "Həyat eşqi”ni, "Bozqurd”u, "Meksika”nı və adı yadımdan çıxan daha bir hekayənidə mənə danışdı. Sonra rayona qayıdanda gedib sinif yoldaşlarına oxuduğukitabla bağlı yenidən söhbətlər edib. Və o uşaqlar da onun oxuduğu kitablamaraqlanıblar. Yəni Tunar tək özü oxumaqla kifayətlənməyib. Oxuduğu hekayələrinməzmununu sinif yoldaşlarına və müəlliminə danışıb. Onlar da təəcüblənib ki, bu yaşda uşaq CekLondonu oxuyur.

Nəvələriməbir hədiyyə alanda onu qəbul etmirlər. Deyirlər dədə, sən ziyalı adamsan, bizəhədiyyə yox, sənin özün lazımsan. Elə sənin özün bizim üçün ən böyük hədiyyəsən.Və bu uşaqlar lap balaca vaxtından bu günə qədər başqaları kimi valideynlərindən,dədələrindən, nənələrindən heç bir işi ummayıblar. Çox çətinliklə ad günlərindənəsə bir hədiyyə vermək olur.

Bir günTunar dədəsi Süleymanın Horadizdəki çörək sexinə gedib yay tətilində işləməkistədiyini bildirir. Süleyman müəllim həmin gün orda olmur, o da səhərdənaxşama kimi çörək daşıyır, yük aparır. O biri gün Süleyman müəllim bunu bilir,Tunarı yanına çağırır:

- Sən hələbalacasan, nə yaşın var ki, ağır yük daşımaq istəyirsən?

Tunar:

- Dədə,istəyirəm ki, bərkə-boşa düşüm, zəhmətə alışım.Ona görə işləməyə gəlmişəm.

Süleymanmüəllim diqqətlə ona baxıb deyir:

- Doqquzuncusinifə keçəndə gəlib mənə kömək eləyərsən,hələ tezdi. Təzə bişən çörəklərdən üç-dördünü götür, get evinizə!

Tunar dao çörəyin üç-dördünü götürüb bikef halda qayıdır anasının yanına. Deyir ki, dədəmişləməyə qoymadı. Dedi, hələ tezdi, sənin bərkə-boşa düşən vaxtın deyil. Anasıda ona toxtaqlıq verir ki, dədən düz deyir. Gedərsən ağır yük götürərsən, belinəyilər. Dədən və vaxt desə, o vaxt da ona kömək edərsən.

Bu günlərdəyenidən bizə gəlmişdilər. Kitab rəfinə baxdı, ordan Dostoyevskinin "İdiot”romanını götürdü. Dedi dədə, bunu oxuyacam. Nə illah elədim ki, bu kitab səninüçün tezdi, çətin olar, inadından dönmədi. O gün zəng eləyib dedi ki, bukitabın yarısını artıq oxumuşam.

Onun adgünü yaxınlaşırdı. Mən də fikirləşirdim ki, bu ad gününə nə hədiyyə eləyim. Redaksiyanın dəhlizindəki divanda oturub fikrəgetmişdim. Bu vaxt böyük şair Oqtay Rza gəlib çıxdı. Dedi ki, Mirzə, nə belə fikirlisən? Mən dədedim ki, Oqtay müəllim, nəvəmin ad günüdü bilmirəm ona nə hədiyyə eləyim. Dediki, ən yaxşı hədiyyə kitabdı.

Elə mənimdə ürəyimdən kitab almaq keçirdi. Oqtay Rza nəvəmin ad günü olduğunu bilib bədahətənTunara bir bənd şeir həsr elədi:

Tunarınad günü xoş gəlib,

Yaşınınüstünə yaş gəlib.

Faiq bəy,sevimli nəvənin

Çiyninəqonmağa quş gəlib.

Bu bəndideyəndən sonra Oqtay Rza əlavə etdi ki, təzə kitablarımdan birini aftoqrafyazıb Tunara bağışlayacağam. Qoy o da bilsin ki, Oqtay babası onu çox istəyir vəad gününü təbrik eləyir.

İşdənçıxıb evə gedəndə Akademiyanın yaxınlığındakı bağda yeni kitabların satıldığınıgördüm. Bir kitab diqqətimi cəlb elədi: "Azərbaycan nağılları”. Çox yüksəkkeyfiyyətli idi və poliqrafiyabaxımından adamın diqqətini cəlb edirdi.İçərisində də 24-dən çox nağıl vardı.Qiymətinə baxdım, 25 manat idi. Ancaq satıcı dedi endirim var. 20 manata verəbilərəm. Və 20 manatı verib o kitabı aldım. Ad günündən bir gün qabaq kitabı nəvəmSədaqətdən Tunara göndərdim. Təbii ki, kitabın arasına başqa hədiyyə dəqoymuşdum. Ancaq Tunar o hədiyyədən çox kitaba görə sevindi. Dedi ki, dədə,bundan böyük hədiyyə yoxdu. Niyə əziyyət çəkib ikinci hədiyyəni də göndərmisən?

Tunarın avqustun1-də 12 yaşı tamam olub. Ona can sağlığı, xoşbəxt həyat və bir də atalı-analıdünya arzulayıram. Qoy o da günlərin bir günündə ata olsun, baba olsun, nəvəsinəbax belə hədiyyə göndərsin. Bilsin ki, nəvə baldan da şirindi. Allah-Təalabütün nəvələri xoşbəxt eləsin, babaları da onlara baxıb sevinsinlər!..


TƏQVİM / ARXİV