hacklink Adalet.az | Azərbaycan 2 milyardlıq kreditdən imtina edib – SƏBƏB? Adalet.az | Azərbaycan 2 milyardlıq kreditdən imtina edib – SƏBƏB? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Azərbaycan 2 milyardlıq kreditdən imtina edib – SƏBƏB?

4797    |   2019-08-01 11:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın dövlət borcu sahəsində bütün öhdəliklər yerinə yetirilməkdədir. Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib.

Nazir bildirib ki, orta və uzunmüddətli dövlət borcunun idarə edilməsi strategiyasına tam əməl olunmaqdadır:

"Borcun səviyyəsini endirməyə nail olmuşuq və biz bu səviyyənin saxlanılmasını təmin edirik. Onu da qeyd etmək istərdim ki, eyni zamanda, dövlət tərəfindən bəzi əhəmiyyətli layihələrə dövlət zəmanətləri verilir. O cümlədən belə mühüm layihələrdən biri də Cənub Qaz Dəhlizi layihəsidir.

Sevindirici haldır ki, bu layihə üzrə nəzərdə tutulmuş maliyyələşdirməyə tam ehtiyac yaranmamışdır, lakin xarici maliyyə qurumları ilə danışıqlar aparılmışdı, yəni onlar bu vəsaitləri ayırmağa hazır idilər. Amma birinci paket olaraq biz 2 milyardlıq borclanmadan imtina etdik, buna ehtiyac yaranmamışdı.

İndi də əlavə sevindirici haldır ki, artıq Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi – MİGA ilə bizim Cənub Qaz Dəhlizi şirkəti tərəfindən kredit müqaviləsi bağlanmışdır - 750 milyon dollar məbləğində. İndi isə o kreditin götürülməsinə ehtiyac yoxdur.

Yəni, həm o layihə üzrə qənaət hesabına, həm də layihənin işə salınması ilə əlaqədar bizim o şirkətimiz artıq sərbəst maliyyə axınına malik olub və o, vəsait hesabına bu borcları təmin edir”.




İmza:

BAXIN ÇƏRLƏYİN - VİDEO

Dünyanın yanan mənzərəsi: alovlar, dəhşətlər, faciələr...

Azərbaycanda sənaye istehsalı sahəsində kiçik müəssisələr açılacaq

Azərbaycan dünyanın ən güclü ölkələrinin reytinqində yer alıb

Sabaha saxlamayaq: "Ümummilli lider Heydər Əliyev xatirələrdə" - Video

Seçki məntəqələrinə çip oxuyan qurğular paylanılacaq

Növbədənkənar parlament seçkilərində 71 nəfərin namizədliyi təsdiq olunub

Gəncədə şəhid ailələri və müharibə əlillərinə mənzillər verilib

Siraqəddin Cabbarov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Qazaxıstan Prezidentini təbrik edib

Prezident İlham Əliyev Bəhreyn kralını təbrik edib

İran bu ölkələrə 14 min ton alma ixrac edib

SON XƏBƏRLƏR
2019-12-16
2019-12-14


VİDEO