hacklink Adalet.az | Elə bilirəm, bu sətirləri yazmaq boynumdadır... - Rasim Müzəffərli yazır Adalet.az | Elə bilirəm, bu sətirləri yazmaq boynumdadır... - Rasim Müzəffərli yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Elə bilirəm, bu sətirləri yazmaq boynumdadır... - Rasim Müzəffərli yazır

29153    |   2019-08-03 09:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Beyinlərdə və serverlərdə arxivlənmiş səhnə və audiovizual tariximiz boyu, Azərbaycan "Bədii Yamsılama" məktəbinin ən parlaq iki nümayəndəsindən biri olanHesen Cebrayilov Ardabillinin cismi dünən torpağa tapşırıldı, ruhunu Allah təhvil aldı...

Düz 30 il keçib. İlk dəfə indi yazmaq qismət olur. Sovet dövrünün son illərində Azərbaycanda çoxqonaqlı restoran toylarına qadağa vardı. Maksimum 120 nəfər. Restoran müdiri tanış olanda - 150. Buna görə, toyları iki toya bölmək ənənəsi geniş yayılmışdı: qız toyu, oğlan toyu. Hələ də bu haçalanma aradan qalxmayıb. Nə isə. Qayınatam elm adamıydı, gördüm biraz çətinlik çəkir, qız toyunun bədii-musiqili hissəsini götürdüm öz üzərimə. "Öz üzərimə" deyəndə ki, necə götürdümsə, eləcə də ötürdüm dostlarımın üzərinə. Başda Abbasqulubəy olmaqla, Məhərrəm, İlham və Mehdi Nəcəfzadə qardaşları, İlqar Kərimov, xanəndə Səfa Qəhrəmanov... Qısası, toyun tamadası oldu Telman Adıgözəlov, toyun konsert hissəsinin aparıcısı isə Həsən Cəbrayılov. Təsadüfən "konsert hissəsi" demədim, qəşəng səhnə, Abbasqulu Nəcəfzadənin özü və ansamblı milli geyimlərdə, ifalar yalnız milli alətlərdə (xahişimlə, nəinki elektron alətlər, hətta klarnet də yox idi)...Həsən Cəbrayılovda əməlli-başlı konferansyelik edirdi, konsertdəki kimi musiqi nömrələrini elan edirdi və bəziləri ilk dəfə olmaqla, arada parodiyalar göstərirdi.

Tamada rolunda ilk çıxışlarından birini edən Telman Adıgözəlov, yaşıdlarım bilər, "Bədii Yamsılama" məktəbinin ən parlaq iki nümayəndəsindən digəri idi. Toyun "şirin" yerində Həsən bəyin çıxışından sonra rəhmətlik Telman qızışdı nə qızışdı. Gülməcə dalınca gülməcə, yamsılama dalınca yamsılama. Gah Həsən, gah Telman. Bu birgə çıxış - Azərbaycanın iki böyük yamsılamaçısının ilk və son deyişməsi idi. Əsasən akademiklər-professorlar və onların kübar xanımlarından ibarət olan bütün məclis qarnını tutub gülürdü. Az qala, bir saat belə davam edəndən sonra, qız atası kimi çox gərgin olan qayınatam rəhmətlik Hüseyn müəllim mənə yaxınlaşıb dedi ki, "ay Rasim, gülməkdən öldük - belə də toy olar?! Dostlarına de, musiqini-rəqsi biraz çox eləsinlər."
Yeri gəlmişkən, tamada, aparıcı, musiqiçilər - dost xətrinə pulsuz-parasız çıxış edirdilər. Mən təkcə texniki xərcləri ödədim. İndiki alim-müəllim toylarında belə şeylər nadir hadisədir. Heç o vaxtlar da tez-tez olmazdı...

Uzun illərdir işlədiyi AzTV son vaxtlar onu o qədər yorurdu ki, bədii yaradıcılığa az vaxtı qalırdı. O, səhnə üçün, səhnə də onun üçün darıxırdı. Son səhnə çıxışlarından birini o, keçən ilSumqayıt Gənclər Evində mənim Sumqayıtlılarla görüşümdə bədahətən etmişdi. Təxminən yarımsaatlıq o çıxışını elə yaxşı qarşılamışdılar ki, üzümü zala tutub "deyəsən, siz məndən çox Həsən müəllimlə görüşmək istəyirdiniz" demişdim. Paylaşdığım fotolar həmən görüş zamanı və görüşdən sonra çəkilib...

Azalırıq. Həsən Cəbrayılovun gedişiylə xeyli azaldıq. Çünki bizim həyatımızda tutduğu yer böyük idi. O yer boşaldı və biz Həsənsiz xeyli azaldıq... Nə birincidir, nə sonuncu. İnşaAllah, yurdu Cənnət, könlü şaddır. Allah rəhmət eləsin. Belə...




İmza:
SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO