adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
01 Avqust 2019 10:42
21317
ƏDƏBİYYAT
A- A+

YAY DÜŞÜNCƏLƏRİ

Öyrənmışık, bu şəhərin istisınə.Yaddaşımı qurdalayıb keçən illərdə də belə ist yay günlərinin olduğunu xatirlamağa çalışıram. Bəli, olub belə yandırıcı istilər. Kənddə torpağı, şəhərdə asfaltı qovuran isti yay günləri....

İyul-avqust ayları isə burda havalar daha da dözülməz olur. "Qışı sərt, yayı istı”- deyimini Naxçıvan təbiəti tez-tez təsdiqləmiş olur. İndi çoxları tətildədi, yay tətilində. Səhər-səhər işə, dərsə tələsənlərin sayı azalıb. Nə yolda, nə də sərnişin avtobuslarında əvvəlki tünlüklə rastlaşmırsan. Sanki insanlar da istidən buxarlanıblar....

Bəzən evdən lap tezdən çıxıram. Şəhərin yuxudan oyanmağını seyr etmək üçün. Tərtəmiz küçələrdə təkəm- seyrək görünən adamlar var. Yay səhərinin bəzən sərin, bəzən ilıq, amma çox təmiz olan havasını ciyərlərimə çəkirəm. Şəhərin daş döşənmiş piyada yollarına, qapqara asfalt örtüyünə süpürğə çəkənlərə, maşın süpürgələrə minnətdarlıqla baxıram... onlar hər gün nə qədər insanın ayaq izlərini sığallayır. Nə qədər sevgi, həsrət, sevinc, dərd, arzu dolu ayaq izlərinə süpürgə çəkir görəsən, bu insanlar...

Hardasan?...
Bəlkə səhərin gecə səssizliyində,
yorgun kuçələrdə
mənim izlərimi axtarirsan?
Axtarma!!
Sən gördüyün, şən gördüyün
izlərimin üstünə, dərd dolu,
qəm dolu yüklər dusub.
Gündə üzərinə süpurgə çəkilsə də,
Çiyninə düşən ürək ağrılarından
İzlərimin canı çıxıb bu şəhərdə ...

Yolumun üstündə sərin damcılarını ustümə çiləyən, bir bulud yerə yelpazə çəkən fəvvarə var. Nə yaxşı ki var deyə, ürəyimdən keçirdirəm. Özü də tək deyil. Bu şəhərdə, adamların yanan ürəyinə sərin su çıləyən onlarla belə fəvvarə var. İki-üç metr hündürlükdən yağan yağışı ötüb keçirəm...

Gözlərim hər gün eyni yerdə, eyni vaxtda rastlaşdığım tələbə oğlanla qızı axtarır. Hələ ki, yoxdular. Amma gələcəklər. Nə qalıb ki.. Yenə canlanacaq bu şəhər, onların sevgi dolu gəlişiylə. Özləri ilə payızın sevgi yağışıyla dolu, həzin günlərini gətirəcəklər. Amma hələ bu şəhərin yavaş-yavaş isinən, ləçəklərini yay günəşi qarsmış gullərin daş yollarıyla tək addimlayıram.

İsti bir yay səhəri ..
Yerdən buxar qalxır.
Şəhər boşalıb elə bil .
Hamı dincəlməyə gedib deyəsən.
Tələbələrin, şagirdlərin
yol yoldaşlığı görünmür.
Hər gün eyni vaxtda, eyni yerdə
rastlaşdığım sevənlər də yoxdu,
Ürəklərinin pasını silməyə,
dincəlməyə,

sevgi dolu günlər gətirməyə

gediblər deyəsən ..
Şəhərin səs-küyünü də alıb aparıblar.
Dəniz, göl, çay sularında
sərinlənməyə,
Suyun dadını bilməyə,
deyib-gülməyə gediblər.
Şəhərdə bir isti günəş qalıb,
bir də ləçəkləri qurumuş qızılgüllər...
Hə, bir də mən qalmışam,
istidən əriyib misralara dönən

mürəkkəbli qələmimlə...
Sənsizliyi vərəqlərə köçürən ürəyimlə.
Səninlə bir yerdə
isti bir yay günü keçirən
Düşüncələrim də burdadı,
bu şəhərdə....

Bu misralara köklənib sevdiyim işimə tələsirəm. Gün boyu gördüyüm işin məsuliyyətini hiss edərək, gah sevinc, gah təəssüf, gah inam, gah da qürur duyaraq günü basa vururam. Axşama doğru başladıqlarımın bəzisini bitirir, bəzisini yarıda buraxır, bir evim olduğunu düşünərək, dərindən nəfəs alıram. İş yerinin səs-küylü, yarısərin, yarıisti otaqlarından, karidorlarından çıxıb, şəhərin gün boyu Günəşin istisindən qovrulmuş mənzərəsi, istidən təngənəfəs olmuş sakinləri ilə rastlaşacağımı düşünürəm. Amma qarşılaşdığım mənzərə həqiqətən möcüzədi. Təbiətin, bu şəhərin möcüzəsi...

Hava qaralıb, goydən yerə istı nur tökülür. Yagış əvvəl aram-aram yağır. Ayaq yandıran, nənəm demiş, yumurta bişirən asfalt yağışın sevincindən cız-cız cızıldayır. Vallah, urəyimdən o ki var islanaraq, ilıq yağışı doyunca uda-uda, çətir tutmadan yol getməyim gəlir. Amma olmaz... istidən, yağışdan qorunmaq üçün var, bu rəngbərəng çətirlər.. yağış get-gedə güclənir. Necə deyərlər, tut ucundan, göyə çıx! Yağışın ucundan tutub göyə çıxmaq- doğrudan da, çox romantik bir aləmə səyahət etmiş olardım...

Görəsən, yağışdan niyə qorxur bu insanlar? Ya çətir, ya ağac altı, ya nəsə bir yer tapıb daldalanırlar. "Xoşbəxtlikdən” mənim çətirim var. Özümü ilıq yay yağışından "qoruyaraq”, sonsuz bir zövqlə yoluma davam edirəm. Düşüncələrimi ilıq yay yağışı ilə urəklərə səpirəm...

Dünən iştidə əriyən düşüncələrim

bu gün yağışa düşübdü.

Zirvələrə qalxdıqca

bir az üşüyübdü.

Hətta bir az küləklidi,

özünü ürəyimin divarlarına,

beynimin damarlarına çırpır.

Yağış dolur gözlərimə,

düşüncələrim gözlərini qırpır.

Yağışlı düşüncələrimin yoluna

bir cavan qız qonaq olur.

Yağışdan qorunmaq,

çətirimə yarınmaq üçün ağac altda durub...

Girib qol-qola,

işıqlı fikirlər səpirik asfalt yola.

O, məni düşünür, mən onu.

yağışda islanıb qırmızı donu.

Çətirin altında birləşır düşüncələrimiz.

Budur,mən çatıram.

görünür evimiz,

yolumuz bitir.

Düşüncələrlə yoluna davam edir

qırmızı donlu qız.

Az sonra yolda və düşüncələrimdə gözdən itir.

Yağış kəsir, damcıları buludlar geri alır..

Qırmızı donlu qız...

misralarımda ilişib qalır.

Və.. Axşamüstü Araz çayından bu şəhərə qonaq olan sərin yay küləyi fikirlərimə ayrılq vüsalının həzin nəğməsini oxuyur...