adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
01 Avqust 2019 10:24
20728
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlundan yeni şeir: BİTMƏYƏN ACI...

Mən indi
bildim və inandım ki,
dünyada
ən zülüm iş -
bitməyən acı,
ayrılıq,
nə də ölüm -
bunlarıən heç biri deyilmiş...

Əksinə
onlardan da betəri
gələcəyinə
ümid bağlayıb,
özünü
tikan üstə sağlayıb
yol gözləməkmiş...

Hərəkətsiz,
gediş - gəlişsiz,
hənirsiz -
bitməyən bir yol!..