adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
31 Iyul 2019 22:00
24031
İDMAN
A- A+

Qarabağ növbəti mərhələyə keçdi- YENİLƏNİB

"Qarabağ" bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, Ağdam klubu "Dalğa Arena"da İrlandiya çempionu "Dundalk"ı qəbul edir.

Dublindəki ilk oyunda 1:1 hesablı heç-heçəyə razılaşan Qurban Qurbanovun komandası ev qarşılaşmasında qələbə qazanıb, 3-cü təsnifat mərhələsinə yüksəlmək niyyətindədir. "Qarabağ" bunu bacarsa, növbəti raundda Kiprin APOEL klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, məğlub olan komanda Avropa Liqasının 3-cü təsnifat mərhələsində Çexiyanın "Slovan" klubu ilə qarşılaşacaq.



Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi

Cavab oyunu

31 iyul

21:00. "Qarabağ" (Azərbaycan) - "Dundalk" (İrlandiya) - 1:0 (Birinci hissə)

Qol: Xayme Romero, 12, 86, Aylton 76, 


Baş hakim: Sveyn Moen
İlk oyun - 1:1
Bakı, "Dalğa Arena" stadionu

Qarabağ növbəti mərhələyə keçdi.