Azərbaycan Respublikasının Dövlət Himni işarət dilində hazırlandı - FOTO + VİDEO
Azərbaycan Respublikasının Dövlət Himni işarət dilində hazırlanıb.
Layihə "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Layihədə 15 eşitmə məhdudiyyətli gənc iştirak edərək Himni işarət dilində ifa edib, Himn dəfələrlə özfəaliyyət qruplar tərəfindən jest dilində ifa edilsə də, ilk dəfədir ki, dövlət dəstəyi ilə hazırlanaraq cəmiyyətə təqdim olunur.
Layihə rəhbəri Cəmilə Çingizqızı bildirib ki, hazırlanan klip eşitmə məhdudiyyəti olan gənclərin dünyaya mesajı olmaqla yanaşı, həm də Azərbaycançılığın təşviqinə xidmət edəcəkdir.
Digər Xəbərlər
19 Aprel 2024 19:37
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb - FOTOLAR
19 Aprel 2024 17:22Vilayət Eyvazov Kollegiya iclası keçirdi - FOTOLAR
19 Aprel 2024 11:19İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
19 Aprel 2024 10:17“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
18 Aprel 2024 15:06