adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
31 Iyul 2019 17:34
42277
MƏDƏNİYYƏT
A- A+

Görkəmli kinorejissor Hüseyn Seyidzadənin yaradıcılıq otağının açılışı olacaq

Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında tanınmış kino xadimlərinin vaxtilə çalışdıqları iş otaqlarının yaradıcılıq otaqlarına çevrilməsi ilə bağlı təşəbbüs həyata keçirilir. 2018-ci ildə başlanılan layihə üzrə indiyədək görkəmli kinorejissorlar, xalq artistləri Rasim Ocaqovun və Tofiq Tağızadənin yaradıcılıq otaqlarının açılışı olub.

Mədəniyyət Nazirliyindən bildirilib ki, Milli Kino Günündə Əməkdar incəsənət xadimi, məşhur kinorejissor Hüseyn Seyidzadənin (1910-1979) yaradıcılıq otağının açılış mərasimi olacaq.

Tədbir 2 avqust saat 12:00-da "Azərbaycanfilm” kinostudiyasında keçiriləcək.

Kinostudiyada muzey-otaqlar kimi fəaliyyət göstərən bu məkanlar korifey sənətkarların yaradıcılığı, iş prosesi barədə təsəvvür yaratmaqla yanaşı, eyni zamanda onların xatirəsinin əbədiləşdirilməsinə xidmət edir.