Pilotun axtarışları üçün Türkiyədən xüsusi avadanlıqlar gətirilib
Türkiyədən Azərbaycana dəvət olunan mütəxəssislər qəzaya uğramış MİQ-29 təyyarəsinin və pilotun axtarışlarına başlayıblar.
Bu barədə Azvision.az -a açıqlamasında MiQ-29 təyyarəsi ilə qəzaya uğrayaraq Xəzər dənizinə düşən pilot Rəşad Atakişiyevin qaynatası, tanınmış politoloq Qabil Hüseynli deyib.
Politoloq bildirib ki, sualtı axtarışlar üçün Türkiyədən xüsusi avadanlıqlar gətirilib: "Qardaş ölkədən gələn mütəxəssislər axtarış işlərinə qoşulublar. Bu günədək dəniz dalğalı idi və axtarış aparanların işlərinə müəyyən qədər çətinlik yaradırdı. Bu gün isə dənizdə dalğa yoxdur. Helikopterlər, gəmilər və sualtı dalğıclar axtarışlar aparır. Hazırda ciddi axtarı işləri gedir”.
Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.
Digər Xəbərlər
25 Aprel 2024 17:46
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
25 Aprel 2024 17:24Prezidentlər Ağdam Konfrans Mərkəzində - FOTOLAR + YENİLƏNİB
25 Aprel 2024 17:14İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTOLAR + YENİLƏNİB
25 Aprel 2024 16:43Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
25 Aprel 2024 16:35