adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
31 Iyul 2019 12:15
12826
MƏMLƏKƏT
A- A+

Bu qurbanın duası qəbul olunurmu?

Bir gün qohum-əqrəba yığılırlar ki, qurban kəssinlər. Zəng vururlar mollaya ki, sabah gəlsin, duanı oxusun, qurban kəsilsin. molla deyir ki, yaxşı, sabah gələrəm. İş elə gətirir ki, molla sabahsı gəlib çıxmır. Zəng vururlar mollaya:

Molla: 

- Məclisdəyəm, gələ bilməyəcəm.

Qurban kəsən: 

- Əşşi elə iş olarmı? Millət yığılıb qurbanın başına, duasını gözləyir.

Molla: 

- Gözlə, yarım saat zəng vuraram.

Yarım saatdan sonra molladan zəng gəlir:

- Mənim ora gəlməyin bir əhəmiyyəti yoxdur. Sən telefonu tut qoyunun qulağına, duasını oxuyum, özün kəs.

P. S. Günahı kimin boynuna, burasını daha özünüz tapın