adalet.az header logo
  • Bakı 13°C
31 Iyul 2019 10:53
19104
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlundan yeni şeir: QOCALIM
























Mən elə bilirdim ki,
qələm qoymaz , qocalım!
Vərəq üstə qurduğum-
aləm qoymaz , qocalım!..

Çox da nimdaş - köhnəyəm,
Gündə yüz yol göynəyəm
Mənə , daşı! - söyləyən -
Şələm qoymaz qocalım ...

Diqqət çəkmir sırmam ta...
Heç çöpü də qırmam ta!
Həyat adlı xırmanda -
Vələm! - qoymaz qocalım...

Əbülfət, vaxt tirəsi
Oldu ömrün kirəsi...
Ürəyimin şirəsi -
Ələm qoymaz qocalım!