adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
31 Iyul 2019 10:45
18583
DÜNYA
A- A+

Türkiyə Suriya ilə sərhəddə "sülh dəhlizi" yaratmağa niyyətindədir

Türkiyə Suriya ilə sərhədini terrorçulardan təmizləməklə "sülh dəhlizi" yaratmaq üçün səy göstərmək niyyətindədir.

Bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurası iclasının yekununda qəbul olunmuş bəyanatda deyilir.

Bəyanatda Türkiyənin yerli və xarici terror qruplaşmaları ilə qətiyyətlə mübarizəni davam etdirəcəyi də bildirilir, sərhədinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcəyini vurğulanır.

NATO ilə münasibətlərə gəlincə, bəyanatda Türkiyənin öz öhdəliklərini yerinə yetirdiyini və müttəfiqlərindən strateji tərəfdaşlıq, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq baxımından eynisini gözlədiyini qeyd olunur.