adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Iyul 2019 18:00
14425
ELM VƏ TƏHSİL
A- A+

Nazir 112 şagirdi təltif etdi

Təhsil naziri Ceyhun Bayramov "Ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında” əmr imzalayıb.

Nazirlikdən Adalet.az- a verilən məlumata görə, əmrdə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların adları və sayı açıqlanıb. Belə ki, bu il təhsil müəssisələrini bitirən məzunlardan 112-si qızıl, 67-si isə gümüş medalla təltif olunub.

Qeyd edək ki, qızıl və gümüş medala namizədlər Nazirlər Kabinetinin 2010-cu il qərarı ilə təsdiq olunmuş "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilib.