hacklink Adalet.az | Azərbaycan güləşçisi dünya çempionatının finalında Adalet.az | Azərbaycan güləşçisi dünya çempionatının finalında Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

Azərbaycan güləşçisi dünya çempionatının finalında

11895    |   2019-07-30 15:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı start götürüb. İlk yarış günündə 48, 55, 65, 80 və 110 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparır.

Adalet.az-ın məlumatına görə, Cəbrayıl Hacıyev debütdə türk rəqibini çətinlik çəkmədən məğlub edib. EYOF-un qalibi daha sonra iranlı pəhləvanla qarşılaşmadan qalib ayrılıb. Yapon güləşçini də yolundan kənarlaşdıran Cəbrayıl yarımfinala vəsiqə qazanıb.

Finalın bir addımlığında Hacıyevin rəqibi Gürcüstan təmsilçisi olub. EYOF-da tam üstünlüklə qalib gəldiyi rəqibin ciddi müqaviməti ilə üzləşən yığmamızın üzvü hesabda 2:6 geridə olsa da, əzmkarlıq nümayiş etdirərək son saniyələrdə icra etdiyi uğurlu fəndlərlə adını finala yazdırmağı bacarıb.



İmza:
SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO