Əfqanıstanda PARTLAYIŞDA 3 uşaq öldü, 23 yaralı var
Əfqanıstanda partlayış olub.
Adalet.az-ın məlumatına görə, partlayış Qəndahar vilayətində qeydə alınıb.
Məlumata görə, insident nəticəsində azı 3 azyaşlı həlak olub, daha 23 nəfər yaralanıb. Yaralılar arasında da 6 nəfərin azyaşlı olduğu qeyd edilir.
Polisin verdiyi məlumata görə, hadisə kustar üsulla hazırlanmış partlayıcı yerləşdirilən motosikletin adam çox olan yerdə partlaması nəticəsində baş verib.
Digər Xəbərlər
19 Aprel 2024 18:04