hacklink Adalet.az | Sahil Babayev Tovuzda, müavinləri Ağstafa və Qazaxda vətəndaşlarla görüşəcək Adalet.az | Sahil Babayev Tovuzda, müavinləri Ağstafa və Qazaxda vətəndaşlarla görüşəcək Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Sahil Babayev Tovuzda, müavinləri Ağstafa və Qazaxda vətəndaşlarla görüşəcək

3939    |   2019-07-30 10:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq avqustun 16-da Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Tovuz rayonunda vətəndaşları fərdi qaydada qəbul edəcək. Həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri Anar Kərimov Ağstafa rayonunda və Mətin Kərimli Qazax rayonunda vətəndaşlarla görüşəcəklər.

Nazirlikdən bildirilib ki, vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) dair müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə (info@mlspp.gov.az elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq avqustun 10-dək qəbula yazıla bilərlər.




İmza:
SON XƏBƏRLƏR
2019-12-16
2019-12-14
2019-12-13


VİDEO