Əbülfət MƏDƏTOĞLU: YUXU HOPMUŞ XƏYAL...
Yuxunun şirin vaxtı
məni yuxuna çağır...
Hamı yuxuda ikən -
məni yaxına çağır...
Gözümü gözün öpsün
dodaqlarımı telin...
Ruhum dalğıcı olsun -
pıçıltı dolu selin...
Mən həm yuxu şərikin
həm də yozanın olum...
Göyərsin xəyal ərkim -
Məcnun ozanın olum!..
... Yuxunun şirin vaxtı
Oyandım, yanım boşdu...
Yastığımla yanaşı -
Kirpiklərim də yaşdı!..