adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: YAŞI KİÇİK, HÜDUDLARI SONSUZ DOĞMALIQ

ƏBÜLFƏT MƏDƏTOĞLU
44729 | 2019-07-30 09:05

Bütünyollar heç də paralel deyil. Hətta paralel olsa belə hardasa sınma, kəsişmə nöqtəsi var. Bu hələ ola dağyolları... Həmin dağ yollarının bir-birinə dolana-dolana üzü zirvələrə tərəfyüksəldiyini yəqin ki, görmüsünüz. Təəssüf ki, mənim kimi düşünənlər indi o dağyollarının həsrətini çəkirik. Həmin həsrətdə bizim ömrümüzü baltalayır. Amma... Biz də hər əzaba, hər ağrıya diz çökəndeyilik. Yıxılırıq, amma sınmırıq, əyilmirik. Elə "şükür!” etdiyimiz də budu.

Onun barəsindəçox eşitmişdim. Və bütün söhbətlərin də əsas məğzi bu dağlar oğlunun dəyanəti,dözümü, dizibərkliyi idi. Onu tanıyanların hamısı birmənalı şəkildəvurğulayırdı ki, Vəlyəddin müəllim əsl qaim-qədim kişilərdəndi. Sözü də, hərəkətidə bir-birini tamamlayır. El-obanın tədbirlərindən qalmır... dostun hər anyanındadı. Elə bil ki, xilasedicidi. Dərhal alır dostun başının üstünü. Bir damla su ilə də olsa, biristi söz ilə də olsa təsəllisini verir. Ürəyə, hisslərə rahatlıq bağışlayır...

Bax, beləbir adamı qiyabi tanımaq nə qədər xoş olsa da, köhnə kişilər demiş, "igidinadını eşidəndən sonra üzünü görmək” bu xoş ovqatı bir az da artırdı. Təbii ki,hər şey zamanın diqtəsiylə öz axarına düşdü. Yəni mən Vəlyəddin müəllimi,elimin, ailəmin ağsaqqalı, çox dəyərliziyalımız, özünü həyatda kifayət qədər təsdiq etmiş Nəbi Muxtarovunvasitəsilə günlərin bir günü qarşılaşdıq. Elə buradaca onu da əlavə edim ki, mənVəlyəddin müəllim barəsində ən çox məhzNəbi müəllimdən eşitmişdim. Doğrudur, onun barəsində Kəlbəcərin və bütövlükdəAzərbaycanın söz, qələm adamları – Hidayət Elvüsal, Adil Cəmil, Məhəmməd Nərimanoğluilə də söhbətlərimiz olmuşdu. Belə ki, indi həsrətini çəkdiyimiz dağlardan vədağ qürurlu insanlardan söz düşəndə söhbətin müəyyən bir məqamında Vəlyəddin müəllimində adı çəkilirdi. Amma Nəbi müəllim onun barəsində gənclik illərindən, rəhbər vəzifələrdəolduğu məqamlarda danışanda da, ailəvi dostluqdan söhbət açanda da mütləq Misiroğlunuyada salırdı. Hətta mən Nəbi müəllimin 70 illik yubileyi ilə bağlı kitabhazırlayanda Vəlyəddin müəllimin telefonunu mənə verdi və bildirdi ki, onunla da əlaqə saxla. Bax, bu tapşırıqbizim gələcək münasibətlərimizin ipucu oldu. Və beləcə, başladı VəlyəddinMisiroğlu ilə yolumuzun kəsişməsi...

Həyatınqəribəlikləri içərisində elə nüanslar var ki, bəzən onu vaxtında görüb duyabilmirik və yaxud gözümüzdən qaçırırıq. Bax, mən Vəlyəddin müəllimlətanışlığımızdan bir az keçmiş, təsadüf nəticəsində öyrəndim ki, onun gəlini Aytənxanım ən yaxın qohumlarımdan imiş. Aytənin atası mərhum professorumuz,aşıq-şair rəhmətlik Aşıq Aydın isə çox önəmli ziyalılarımızdan idi. Bunu sözgəlişi xatırlatdım. Yəni demək istəyirəmki, insanları bir-birinə çəkən, yaxınlaşdıran impulslar var. Bax, məni VəlyəddinMisiroğlu ilə öncə Nəbi müəllim, sonra isə Aytən xanım daha da doğmalaşdırdı.Bu yaxınlaşma nəticəsində Vəlyəddin müəllimin sözə, qələmə bağlılığını da öyrəndim,yazılarını oxudum. Görmdüm ki, bu dağlar oğlu həm də qələm əhlidi, sözxridarıdı. Baxmayaraq ki, gəncliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Necədeyərlər, komsomolun şinelindən çıxıb. Siyasi fəallığı ilə yanaşı, ədəbiyyat,folklor biliciliyi də göz önündədir.


İndi mənVəlyəddin müəllimin 75 yaşının tamamı ərəfəsində onunla bağlı düşüncələrimibilgisayara köçürərkən onunla bağlı bir neçə məqamı gözümün önünə gətirirəm.İlk xatırladığım yurdsevərliyidi. O, Kəlbəcərin pərvanəsidir. Gecə-gündüzsözüylə, söhbətiylə, yuxularıyla dolanır Kəlbəcərin başına. İkincisi, o, son dərəcəailəcanlıdı. Bir an da olsun ailənin böyüyündən, kiçiyindən diqqətiniyayındırmır. Çalışır ki, heç olmasa ürəyinin hərarətiylə onları ovundursun.

Üçüncüsü,Vəlyəddin müəllim son dərəcə dostsevərdi, dosta bağlı adamdı. Mənə elə gəlir ki,dostlar onun ikinci nəfəsidir. Dördüncüsü, Vəlyəddin müəllim məclis adamıdı,çöl-bayır adamıdı. Yaşının bu çağında dao, dostları ilə birlikdə təbiət qoynunda süfrə açanda elə səliqəli və həvəslibir dəstgah yaradır ki, ən özündən razı aşbaz da şəraitsiz, necə deyərlər, "vəhşitəbiətdə” bunu edə bilməz. Çünki onun üzündəki nurla, ürəyindəki hərarətləyanaşı, əlində də dad var, bərəkət var. Və nəhayət, Vəlyəddin müəllim olan həryerdə bir doğma mühit var, orda sıxılmırsan.

Bax,qısaca müəyyən cizgilərini şərh etdiyim Vəlyəddin Misiroğlu istənilən yerdə,istənilən məqamda həm ağsaqqaldı, həm ziyalıdı, həm dost-həmkardı, həm də qayğı göstərən insandı.Ona görə də onunla yol-yoldaşlığı da, həmsöhbət olmaq da xoşdu. Mən xoş ovqatlıinsanın, ürəyi Kəlbəcər nisgilli dostumun 75 yaşının astanasında nələrdənkeçdiyindən də xəbərdaram. Ona görə də onun dözümü qarşısında baş əyməklə dəyərliağsaqqalım Nəbi Muxtarovun dediyi bir fikri təkrarlamaq istəyirəm. Nəbi müəllim yubilyarla bağlı fikirlərində beləbir nüansı qabardır:

- Yetmişbeş nədir ki, ay Misiroğlu, gərəkdi ki, yüzü vurasan başa!

Mən dəöz növbəmdə Vəlyəddin müəllimi təbrik etməklə ona öncə can sağlığı və Kəlbəcərligünlər arzu edirəm. Və sonra qəlbinin pıçıltılarına qovuşmağı Allah ona nəsibetsin! – deyirəm. Tam səmimi şəkildə etiraf edirəm ki, şəxsitanışlığımızın yaşı az olsa da, istimünasibətlərimizin hüdudları sonsuzdu. Kaş bütün sevgilərin, doğmalıqların sərhədsizhüdudları , Yaxşıları, Xeyirxahları, sözün hər mənasında İNSAN olanları qoynunaalsın. Onda dünyamız yaşamalı olacaq. İnanın ki, mən bunu öz inancıma güvənibdedim. Çünki Vəlyəddin müəllim kimi halal nümunələr göz önündədir.


TƏQVİM / ARXİV