hacklink Adalet.az | Lerikdə əmisi oğlunun avtomobilini qaçıran şəxs saxlanılıb Adalet.az | Lerikdə əmisi oğlunun avtomobilini qaçıran şəxs saxlanılıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

Lerikdə əmisi oğlunun avtomobilini qaçıran şəxs saxlanılıb

1665    |   2019-07-29 17:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Lerik rayonunda nəqliyyat vasitəsi qaçıran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, rayon sakini Ramin Şahiyev Lerik Polis Şöbəsinə məlumat verərək bildirib ki, mülkiyyətində olan 43 BB 745 dövlət qeydiyyat nişanlı "Mersedes” markalı avtomobil naməlum şəxs tərəfindən evinin həyətindən oğurlanıb. Şöbə əməkdaşları tərəfində həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayətin avtomobil sahibinin əmisi oğlu əvvəllər məhkum olunmuş Elməddin Şahıyev tərəfindən törədildiyi müəyyən edilib.

Həmin şəxs Lerik Rayon Polis Şöbəsi və Baş Dövlət Yol Polisi İdarəsinin 6-cı tağımının əməkdaşları tərəfindən qaçırdığı avtomobillə birgə Qaradağ rayonunda saxlanılıb. Saxlanılan şəxs qaçırdığı avtomobillə hərəkətdə olan zaman nəqliyyat vasitəsi ilə qəza da törədib.

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.




İmza:
SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK