adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
29 Iyul 2019 15:32
24975
KRİMİNAL
A- A+

Yevlaxda oğurluq edən şəxs tutuldu

Bir qrup Yevlax rayon sakini müxtəlif vaxtlarda Yevlax RPŞ-yə ərizə ilə müraciət edərək onlara məxsus evlərdən 3 ədəd samovar və qızıl əşyalarının oğurlandığı barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Adalet.az-a bildirilib ki, məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Rahib Dünyamalı saxlanılıb.

Onun 650 manat dəyərində samovar və 630 manat dəyərində qızıl əşyaları oğurlayaraq vətəndaşlara ziyan vurduğu müəyyən edilib. Oğurlanmış əşyaların bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.