adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Iyul 2019 15:16
20330
İDMAN
A- A+

Paracüdo millimiz Avropa çempionatında 10 medal qazanıb

Paracüdo üzrə Azərbaycan komandası İtaliyanın Genuya şəhərində keçirilən Avropa çempionatında 10 medal qazanıb.

Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, çempionatda 1 qızıl, 4 gümüş və 5 bürünc medala sahib olan komandamız medal sayına görə ikinci yerdə qərarlaşıb.

Qızıl medalı ölkəmizin aktivinə qadınların yarışında 63 kiloqram çəki dərəcəsində mübarizə aparan Xanım Hüseynova yazdırıb. Sevda Vəliyeva (57 kq) və Dürsədəf Kərimova (70 kq) gümüş, Səbinə Abdullayeva (52 kq) bürünc medallara layiq görülüblər.

Kişilərin yarışında Bayram Mustafayev (66 kq) və İlham Zəkiyev (+100 kq) Avropa çempionatında yalnız finalda uduzaraq gümüş medallarla kifayətlənməli olublar. Bürünc medalları isə ölkəmizə Namiq Abbaslı (66 kq), Ramil Qasımov (73 kq), Hüseyn Rəhimli (83 kq) və Kənan Abdullaxanlı (100 kq) yazdırıblar.

İdmançılarımız bu nailiyyət sayəsində "Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına qatılmaq şanslarını daha da möhkəmləndiriblər.