adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
29 Iyul 2019 15:04
8742
MƏMLƏKƏT
A- A+

Hərbi nəqliyyat vasitələrimiz düşmən tərəfindən növbəti dəfə atəşə tutulub

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı düşmən tərə-finin təxribatları davam etməkdədir.

Dövlət Sərhəd Xidmətindən  verilən məlumata görə, 2019-cu ilin 28 iyul tarixində 22:00 radələrində döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən tərəfindən növbəti dəfə atəşə tutulub.

Düşmən snayperləri tərəfindən açılmış güllələr üzərində "Hərbi tibbi yardım” sözləri yazılmış və qızıl aypara nişanının təsviri olan "UAZ” mar-kalı avtomobilə dəyib.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.