adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
29 Iyul 2019 14:55
8858
GÜNDƏM
A- A+

Fransa-Azərbaycan Universitetinin tələbələri RSXM-nin poliqonlarında təcrübə keçəcəklər

Bakıda fəaliyyət göstərən Fransa-Azərbaycan Universitetinin direktoru, dosent Vazeh Əsgərov AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olub.

Adalet.az-ın məlumatına görə, RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə keçirilən görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, Fransa-Azərbaycan Universiteti tələbələrinin RSXM-nin bazasından istifadə etməklə yay təcrübi praktikasının keçirilməsinə hazırlıqla bağlı məsələlər müzakirə olunub.

Qeyd edək ki, Strasburq Universitetinin və Fransa-Azərbaycan Universiteti rəhbərliyinin təşəbbüsü ilə bu ali məktəbin Yer elmləri ixtisası istiqamətində təhsil alan tələbələri təcrübi praktikanı mərkəz əməkdaşlarının ekspedisiya apardıqları poliqonlarda keçəcəklər.