adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
29 Iyul 2019 14:38
8730
HADİSƏ
A- A+

Bakıda taksi qatarla toqquşdu

Bakının Xəzər rayonunun Zirə Qəsəbəsində (Qala yolu) qatar taksini vurub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təcili tibbi yardıma çağırış saat 12.44-də qeydə alınıb. Hadisə yerinə 5 biriqada göndərilib.

İlkin məlumata əsasən, qəza nəticəsində 4 nəfər xəsarət alıb.

Qəza nəticəsində ən ağır vəziyyətdə olan 22 yaşlı qız qapalı kəllə-beyin travması alıb, yuxarı ətraflarında sınıq yaranıb. 20 yaşlı oğlan qapalı kəllə beyin travması alıb. Vəziyyəti ağır olan həmin xəsarət alımış şəxslər 3 saylı Bakı Şəhər Klinik Xəstəxanaya aparılıb.

Qəza nəticəsində yaralanan 38 yaşlı kişidə sol qolun sıyrılmış yarası (hadisə yerində yardım edilib), 33 yaşlı kişiyə (ona hadisə yerində yardım edilib, həmin şəxs hospitalizasiyadan imtina edib) sol çiynin və sol baldırın travması diaqnozu qoyulub.