adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
29 Iyul 2019 14:35
7029
HADİSƏ
A- A+

Ağstafada 5 otaqlı ev yanıb

Ağstafa rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Ağstafa rayonunun Göycəli kəndində ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.