adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
29 Iyul 2019 14:29
5870
HADİSƏ
A- A+

Moskvadan Azərbaycana gələn mikroavtobus Rostovda yük maşınına çırpıldı

İyulun 29-da Rostov vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Adalet.az-ın məlumatına görə, Moskvadan Azərbaycana hərəkət edən 20-EB-289 nömrə nişanlı mikroavtobus yük maşınına çırpılıb. Nəticədə mikroavtobusun sürücüsü və bir sərnişin həlak olub, 6 nəfər xəsarət alıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. İlkn fərziyyəyə görə, hadisəyə yüksək sürət və düzgün ara məsafəsinin saxlanılmaması səbəb olub.

Qəza M4 "Don” magsitralının 954-cü kilometrində baş verib.