adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
29 Iyul 2019 12:58
6444
HADİSƏ
A- A+

Dənizdə batan 12 yaşlı oğlanın meyiti tapılıb

28.07.2019-cu il tarixində Abşeron rayonunda, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan 2007-ci il təvəllüdlü İbadullayev Elman Telman oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, E.İbadullayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.