adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Ayrıldıqlarımızdan da əl çəkə bilmirik... - Eminquey yazır

EMİNQUEY AKİF
51232 | 2019-07-30 08:29

Bu cəmiyyətdəproblem azmış kimi, üstəgəl dünyanın ən gözəl hissi olan sevginin də belinə birşələ problem yükləmişlər. Say, say bitməz. Amma məni ən çox narahat edən ikizad var. Birincisi "mənim ayrıldığım qadını dostum sevə bilməz”, ikimincisi isə "mənim bacımı dostum sevə bilməz”. Seriallarımızın, filmlərimizin qayəsi olanbu iki tabu sevənləri girinc eləyib. Hər ikisinin nəticəsi düşmənliyə, həttatürməyə də aparıb bir çox insanları.

Bu yekəbaşlığın,eqoistliyin arxasında hansı düşüncə durur? Sən kimsən ki, iki insana bir-birinisevməyini qadağan edəsən? Səndən sonra həyat davam etmirmi? Ayrıldığın adam həyatqurmalı deyilmi? İndi bunu oxuyan adam, cavabın budur: bu dünyada sevməyə başqaadam qalmadımı, niyə mənim dostum?

Hə, sən busualı düşünməmiş verdiyin kimi, sevgi də insanı düşünülməmiş şəkildə yaxalayır.Sən dünyanın ən eybəcər qızına da aşiq ola bilərsən, ən xudbin adamına da.

Gələk sənin "məhzniyə dostum?” tapmacanın açmasına. Bu sualı ikinci, yəni "mənim bacımı dostumsevə bilməz” deyən tiplər də verir.

Dost o adamadeyirlər ki, sadiqdir, sənin ailənə pis gözlə baxmır, hətta sən olmayanda beləailəni o adama etibar edirsən. Bu, dostluq münasibətində olan lazımlıpunktlardan bir neçəsidir, amma bizə söhbətimizdə lazım olan ən vacibpunktlardır. Tutaq ki, sənin ayrıldığın qadın və ya bacın dostunla sevgilidir.Bunun nəyi pisdir? Ən çox güvəndiyin adam sevir də bacını, ayrıldığın qadını. Bilirsən ki, əclaf deyil, murdar deyil, sadiqadamdır, mənliyi olan adamdır. O zaman səni nə narahat edir?

İndi deyəcəksənki, mən o qadının əllərini tutmuşam, indi dostum onun əllərini necə tutacaq? Məno qadının dodaqlarından öpmüşəm, indi dostum o qadının dodaqlarından necə öpəcək?Bəs, yaxşı, guya sənin sevdiyin qadını başqası heç vaxt öpməyəcək, əllərindəntutmayacaq? Və yaxud da bacın, eyni şeyləri başqasıyla yaşamayacaq?

Sənin ayrıldığın,münasibətləri bitirdiyin bir adamın həyatında nə işin? Bu, həm mənəvi, həmqanun cəhətdən qəbulolunmazdır. İndi sənə deyəcəyim söz səni incidə bilər, ammahəqiqət acı olur. Hər yerdə belədir. Bir az da mən şişirdib deyim ki,aşağı-yuxarı hamı nə vaxtsa başqasının ailə qurduğu adamla sevgili olub. Yəni zənnet ki, bir futbol meydançasındasan. Qapıya, yəni əsl sevginə çatmaq üçün nə qədəradamı keçməlisən. Hamımız belə yaşayırıq.

Qəribəsibilirsiniz nədir? Bu cür mental qafalı adamlar öz bacısını ona bacı deyən, əmiqızıdeyən əmi uşaqlarına ərə verəndə narahat olmur. Ruslar və avropalılar bu məsələdə çox sərtdirlər.Onlar üçün bizimkilərin bu adət-ənənəsi əclaflıq, biqeyrətlik sözünü asossasiyaedir. Amma bu, başqa məsələdir axı. Bu, həm də qan bağına dayanan məsələdir.Ki, həm də tibbi cəhətdən problemlərin yaranmasına yol açır.

Özünü əslmüasir, sağlam düşüncə adamı hesab edən şəxs bu cür mənasız, kifsimiş, insanaziyandan başqa bir şey verməyən mental düşüncənin sahibi ola bilməz. Əgərsahibidrsə, o zaman müasir deyil, sağlam deyil.

Yadıma "DəliKür”ün Cahandar ağası düşdü.

Cahandarağa evlidir, iki oğul, bir qız atasıdır. Allahyarın arvadıolan Mələk öz ərinə bağlı olmur. O, Cahandar ağanı sevir. Cahandar ağanın Mələyi – başqasının arvadını evəgətirməsi ilə təbii ki, ailə arasında çox böyük söz söhbətlər baş qaldırır. Şamxal hər vəchlə öz atasına qarşı çıxır, çünkianasının üstünə təzə qadını gətirməsiniqəbul edə bilmir və sonda evi tərk edir. Atasının varlı olmasına baxmayaraq,ondan heç nə istəmir və öz həyatınıqurmağa çalışır.

Amma sonraiş elə gətirir ki, bacısı Şahnigar xanımın Molla Sadığın meyxanasında iştiraketdiyini biləndə o, "namusu ləkələnmiş" bacısını tərəddüd etmədənöldürür. Cahandarla Molla Sadığın arasında olan konflikti də bilirsiniz. Təhqirolunmuş Molla Sadıq kənddəki nüfuzunu bərpa etmək üçün intiqama əl atır. Buintiqamın qurbanı seçilən Cahandar ağanın bacısı Şahnigarın Molla Sadığınqurğusu ilə meyxana məclisinə gətirilməsi ziddiyyəti kəskinləşdirir. Cahandarağanın bacısını atın döşünə qatıb Kür qırağına aparması, Kürə qərq olanŞahnigarın oxuduğu kəlmeyi-şəhadət, yəni bütün bunları oxuyanda bir sualdoğulur:

- Başqasınınhalalca arvadını qaçır, sonra da öz bacını yığıncaqda tut, öldür. Bu, nə dərəcədədüzgündür?

Doğrudur, Cahandarağanı qatil olmağa vadar edən bacısının "dəli yığıncağı”na getməsi yox, həm dəMolla Sadıqla olan konflikti, ona olan hirsi, qəzəbidir. Əgər o bacısını öldürməsəydibunu hardasa başa düşmək olardı. Mələksə öz ərini sevmirdi, onu sevirdi. Və nəzərəalsaq ki, bizim əlahəzrət mentalitetimizdə kişinin ikinci arvad almasına daimayaşıl işıq var, o zaman Cahandar ağa bunu ədəbi-üsulu ilə də edə bilərdi. Mələkboşanardı, sonra Cahandar ağaya ərə gələrdi.

Amma gəlingörək bizim adamlar bu məsələyə necə yanaşır? Təəssüf...

Mənimmövzumun baş qəhrəmanı bu günün Cahandar ağalarıdır. Cahandar ağanın həyathekayəsində hər nə qədər sadaladığım iki problem olmasa da, bizim dövrünadamlarında yarımçıq dərk olunmuş Cahandar ağa var.

Əl çəkinboşandığınız, ayrıldığınız qadınların həyatına burun soxmaqdan. Əl çəkin sevgidəkimlərəsə maneə yaratmaqdan. Əl çəkin özünüzdə olmayan şeyləri qarşınızdakılardantələb etməkdən.

Siz Cahandarağa deyilsiniz... Sizin dostlarınız Molla Sadıq deyil.

TƏQVİM / ARXİV