Gömrük Hospitalında Dünya Hepatitlə Mübarizə gününə həsr edilmiş tədbir keçirilib
Bu gün Mərkəzi Gömrük Hospitalında 28 iyul - Dünya Hepatitlə Mübarizə gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Hospitalın Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi də bu günün əhəmiyyətinə toxunub, hepatitin törətdiyi fəsadları, ona qarşı mübarizə yollarını, bu virusun yayılma səbələrini, həmçinin müaliəsini açıqlayıb.
M.Kazimi bildirib ki, hər il bu günün qeyd olunmasında əsas məqsədlərdən biri hepatit viruslarının bütün dünyada aktual problem olduğunu, xəstələrə, cəmiyyətə nə qədər əngəl yaratdığını ortaya qoymaqdır Əslində bu gün artıq bütün dünyada qeyd olunduğu kimi, Azərbaycanda da Dünya Hepatitlə Mübarizə Günü kimi qeyd olunur. Təbii ki, hepatitlərlə mübarizə hər zaman, hər gün olmalıdır. Bu işlə təkcə tibb müəssələri deyil, həm də cəmiyyət məşğul olmalıdır. Hər il bu tarixin qeyd olunması sanki xatırlatma xarakteri daşıyır: insanlar bilsinlər ki, bu problem nə qədər aktual və ciddidir.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da hepatit B və hepatit C virusundan əziyyət çəkən xəstələrimiz çoxdur. Bu xəstələrin böyük bir əksəriyyəti xroniki hepatit virus daşıyıcılarıdır. Onlar hepatit virus daşıyıcıları olduğu təqdirdə bu xəstələr müəyyən zaman çərçivəisində ən ciddi fəsadlardan birinə səbəb olur. Belə olan anda həmin xəstələr zamanında müalicə edilib araşdırılmalıdır. Xəstələr də buna biganə yanaşmayıb normal müalicə almalıdırlar.
Hazırda isə hepatit C əleyhinə müalicədə ciddi dəyişikliklər, inkişaf var. Çünki tətbiq olunan dərman preparatları daha keçmişdəki kimi 6 aylıq, 1 illik şəklində deyil, hepatit C-nin 3-6 aylıq dərmanlar vasitəsi ilə tamamilə təmizlənb getmək şansı var. Buna baxmayaraq, Hepatit C Hepatit B virusu kimi ciddi bir virusdur ki, o da qaraciyər serrozu və qaraciyər xərçənginə gətirib çıxarıır. Bizim əməliyyat etdiyimiz xəstələrin içərisində təxminən 750-yə yaxın insan orqan transplantasiyası əməliyyatı olunub. Onların arasında həm böyrək, həm də qaraciyər transplantasiyası etdiyimiz xəstələr var. Qaraciyər transplantasiyası etdiyimiz xəstələrin 52-55 faizi Hepatit B və C virusuna yoluxmuş xəstələrdir. Baxın görün, bu problem nə dərəcədə böyük və aktualdır. Təbii ki, əməliyyatdan sonra xəstələrdə müəyyən suallar yaranır. Xəstələr soruşurlar ki, onlarda bundan sonra hepatit B və C virusuna yoluxma ehtimalı yarana bilərmi? Bu əməliyyatın əhəmiyyəti varmı?Bəli, bu əməliyyatı etmək vacib və əhəmiyyətlidir. Bu virusların geri qayıdıb orqanı sıradan çıxarma ehtimalı az da olsa, var. Amma hepatit C virusu ilə bağlı qaraciyər serrozu olan xəstələrdə əməliyyatdan qabaqkı müddətdə xüsusi müalicə verilir və bu müalicəinin təsiri altında hepatit C virusu tamamilə təmizləndikdən sonra xəstəyə orqan köçürülür.
Hepatit B virusu ilə qaraciyər serrozu olan xəstələrdə isə onlara da eyni qaydada əməliyyatdan sonra xüsusi dərmanlar verilir. Bu dərmanlar 95-97 faiz hallarda hepatit B virusunu təmizləyir və bu xəstələr sağlam insana çevrilirlər. Gələcəkdə həmin insanlara bu virus geri qayıtmır.