viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Dağlıq Qarabağın azərbaycanlı icmasından daha bir yenilik Adalet.az | Dağlıq Qarabağın azərbaycanlı icmasından daha bir yenilik Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Dağlıq Qarabağın azərbaycanlı icmasından daha bir yenilik

11642    |   2019-07-29 12:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması həyatlarını erməni işğalçılarına qarşı mübarizəyə həsr edən Azərbaycanın görkəmli tarixi şəxsiyyətləri ilə bağlı yeni layhəyə start verib.

Trend-in məlumatına görə, indiyə qədər erməni işğalı altında olan ərazilərimizdə tarixi, mədəni, dini abidələrmizin dağıdılması ilə bağlı beynəlxalq təşkilatların rəsmi hesablarına müxtəlif mövzularda video müraciətlər hazırlayıb, ünvanlayan Dağlıq Qarabağın azərbaycanlı icması bu gündən həmçinin tarixi şəxsiyyətlərin fəaliyyətlərinin təbliğini də həyata keçirməyi qarşısına məqsəd qoyub.

Bunun üçün icma xarici dillərdə qısa filmlər hazırlayıb beynəlxalq auditoriyaya təqdim etməyi planlaşdırır. Bu istiqamətdə ilk film ictimai-siyasi xadim, jurnalist, pedaqoq, türkoloq, erməni daşnaklarına qarşı mübarizənin önündə olan, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə bu il anadan olmasının 150 illiyi qeyd edilən Əhməd bəy Ağaoğluna həsr olunub. Əhməd bəyin ömrünün bir hissəsi Fransa ilə bağlı olduğu üçün film fransız dilində, alt yazıları isə ingilis dilində hazırlanıb. Filmdə 1869-cu ildə Şuşada anadan olan, 1888-ci ildə Parisədə ali təhsil almağa başlayan Əhməd bəy Ağaoğlunun keşməkeşli həyat yoluna nəzər salınıb.

Bildirilir ki, "College de France, Ecole des Hautes Etudes Pratiques" (Tətbiqi tədqiqat ali məktəbi) və Sarbonna Universitetində hüquq təhsili alan Əhməd bəy Ağaoğlunun formalaşmasında fransız filosof və tarixçi Ernest Renan, Ceyms Darmsteter böyük rol oynayıb. "1894-cü ildə Fransada təhsilini bitirdikdən sonra Ağaoğlu Tiflisə gəlir. İki il müddətində burada yerli gimnaziyaların birində fransız dilindən dərs deyir. 1896-cı ildə doğulduğu şəhərə- Şuşaya geri dönür. Şuşa real məktəbində fransız dilində dərs deməyə başlayır. Burada o ilk kitabxana, qiraətxana açır. Elə buna görə də Şuşada el arasında ona Firəng Əhməd ləqəbi verilir. 1905-ci ildə Əhməd bəy milliyətçi, aqressiv, soyqırım törətməkdən usanmayan erməni terrorçularına qarşı mübarizənin önündə yer alır. Bununla da Qarabağda və Azərbaycanın digər bölgələrində erməni separatizminə, daşnak özbaşınalığına qarşı hərəkat başlanır. Sonradan çar Rusiyası və erməni terror təşkilatları tərəfindən təqiblərə məruz qalan Əhməd bəy 1908-ci ilin sonlarında İstanbula köçmək məcburiyyətində qalır. Cümhuriyyət dağıldıqdan sonra isə təkrar Türkiyədə yaşamalı olur. İkinci və üçüncü çağırış Türkiyə Böyük Millət Məclisinə deputat seçilir”.

Filmdə həmçinin Əhməd bəy Ağaoğlunun əsərlərinin Azərbaycan Respublikasında dövlət varidatı elan olunduğu qeyd edilir.




İmza:

Bəyanat: İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib

“Görəsən, bunlar nə vaxtdan mütəxəssis, hərbi ekspert olublar?” - DEPUTAT ƏSƏBLƏŞDİ

XİN: Ermənistanın təxribatına cavab olaraq BMT Baş katibinə etiraz məktubu ünvanlanıb

Əli Əhmədov: Azərbaycan heç zaman indiki qədər güclü, qüdrətli, əzəmətli və müasir olmayıb

Tofiq Yaqubluya ciddi xəbərdarlıq edildi - RƏSMİ

Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

BMT-nin baş katibi: Dindən istifadə edərək ədavət, qorxu və nifrət yayanlara müqavimət göstərməliyik

Ermənistanda əsgər valideynlərinin etirazı: “Orduda özbaşınalıq və xaos tüğyan edir”

Əli Həsənov: Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi

Bu il Azərbaycanda dünya din xadimlərinin sammiti keçiriləcək

Şəhidin dəfni ilə bağlı üç fərqli baxış: Kim haqlıdır?

Rəşad Atakişiyevin atası: Oğlum Qarabağı azad etmək arzusu ilə yaşayırdı

SON XƏBƏRLƏR
2019-08-25
2019-08-24
2019-08-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (80%)
“Linfild” (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK