adalet.az header logo
  • Bakı 21°C
29 Iyul 2019 12:06
24214
KRİMİNAL
A- A+

Astarada cibgirlik edən və narkotik tərkibli bitkilər becərən şəxslər saxlanılıb

Astara rayonu Hamuşam kənd sakini Ş.Əşrəfov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Maşxan kəndi ərazisində sahəlikdə olarkən əynindən çıxarıb yerə qoyduğu pencəyinin cibindən 612 manat pulun oğurlandığı barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq faktını rayonun Hamuşam kənd sakini, əvvəllər məhkum olunmuş İkrəm Mahmudovun törətdiyi müəyyən edilib və o saxlanılıb. Oğurladığı 612 manat götürülərək sahibinə qaytarılırb.

Astara RPŞ əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbirləri nəticəsində şəhər sakini E. Babayevin yaşadığı evin həyətyanı sahəsindən ümumi çəkisi 3 kiloqram olan 7 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.