Əbülfət MƏDƏTOĞLU: SÖZÜN AYAĞA DÜŞMƏSİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
46867 | 2019-07-30 08:33

Neçəgündü ki, özümü toparlaya bilmirəm. Fikrim bir tərəfə gedir, ayaqlarım da digərtərəfə, ürəyim də ki, ortalıqda... Ona görə də nə deyəcəyimi, hansı qərar verəcəyimidəqiqləşdirə bilmirəm. Elə bil ki, küləyin oynatdığı şar kimi hara gəldi çırpınıram. Elə həmin çırpındığıovqatla da bilgisayara yaxınlaşmışam. İstəyirəm ki, bir az içimin söz yükünüüyüdüm. Nə qədər bacarsam bu bilgisayar adlı "dəyirmandan” yararlanım.

Bilmirəmnecə alınacaq, yarmalı alınacaq, yoxsa yox. Hər halda, başlamışam yazmağa...

Bəli, əslinəbaxanda indi əksəriyyətimizin ovqatı hava durumundan daha çox bağlıdır, təbiiki, bir də cibimizlə Əli ciblərində utanmayanlar yəqinki, bir kölgəliktapıblar, bir sərin yer nişanlayıblar və çəkilib gediblər həmin o ünvanlara.Əlləri ciblərinin yolunu unudanlar da ya qollarını çataqlayıblar sinələrinə, yada evin "dığ-dığından, problemlərindən bir az aralanmaq üçün çəkilib durublartində divar dibində - günü axşam eləyirlər. Bu zümrənin nümayəndələrinə nisbətənyaxın olduğum üçün mən tində divar dibində deyil, qələm-kağızın yanında başımıqatıram, özümü məşğul kimi göstərirəm.Çalışıram ki, ətrafı, lap yayın özünü də unudum. Hətta bir yekəxanalıq edibözümü böyük yazar kimi də təsəvvür edirəm. Guya möh təçəm nələrsə yaradıram,ona görə də istirahətə vaxtım yoxdu. Amma siz də, mən də bilirəm ki, nə ovqatımbi ovqat, nə yazdığım bir yazı... nə də ki, kimliyim, gərəkliyim o qədər də önəmlideyil. Yəni Xəyyam demişkən, mənsiz də dünyanın işi keçir. Olub-olmamağımın heçbir əhəmiyyəti yoxdu!..

...Vəbir də inanın ki, indi insanlıq, ümumiyyətlə, bu anlayışın özü tamam ucuzlaşıb.Həmin o ucuzlaşma da iqtisadi-siyasi problemlərin mənəviyyatı üstələməsindənqaynaqlanır. İndi istənilən maddiyat insandan önənlidir. Ona görə də bu mövzunuçox da sağa-sola çəkmədən yanından keçmək daha məqsədəmüvafiqdi. Doğrudur,sovet dönəmində ən bərk gedən şüarlardan biri "Hər şey insan üçün!” idi. İndiisə şüarın məzmunu da, mahiyyəti də bir xatirəkimi mənim yaddaşımda qalır. Yaddaş da ki, insana rahatlıq vermir, tutubyaxasından çəkib aparır. Və...

Bir dəonda görürəm ki, əlim qələmə doğru uzanıb. Qarşımdakı vərəq naxışlanır. O qədərdə səliqəli yaza bilməsəm də, amma oxumaq olar:


İlahi,gecənin bu gecə vaxtı

Gör, mənəyazdığın gör necə baxdı.

Üzüməbaxmırsan, gör neçə vaxtı –

O qız dabaxmır.


İlahi, əyilirgünəş axşamı

Gözlərimböyüyüb ağ şana...

Əriyə-əriyəsönən ağ şama –

O qız dabaxmır.


İlahi, səsiminodu kül olur

Çəməninçiçəyi, otu kül olur...

Sənyaradan bəndə odu, kül olur –

O qızsabaxmır.


İlahi, sənnecə yazdın bu bəxti

Çatmırköməyinə şairin cəddi...

Hər güniynə boyu əyilir qəddi –

O qız dabaxmır.


İlahi,ovutdun məni bu yaşla

Birçimdik sevinclə, bir gilə yaşla...

İndiortadayam bu canla-başla –

O qız dabaxmır.

***

Bəli, buşeiri elə-belə yazmadım. Əslində demək istədim ki, indi adamların sevgisi də,diqqəti də azalıb. Məşhur komediyaların deyildiyi kimi, kimsə oduna yananı datanımır, çevrilib ona tərəf baxmır. Deməli, yanmaq da bir alın yazısı, qismətdi.Kimsə yanıb kül olur, sovrulur küləklərə, kimsə də alışmağıyla qor salır ürəklərə.Mənim də əvvəldən əyri üyrü yazılmış alın yazım yaxşı oxunmadığından qalmışam əlində girinc. Görək nə qədər çəkəcəkbu döyüş. Məncə sonu görünən yoldu bu, azalır məsafə. Və deməli, ya bu yazınıncanı məndən qurtaracaq, ya da mənim canım bu yazıdan. Hər halda, ikisində dəqazanan elə bu yazı olacaq. Axı deyilən söz, yazılan yazı özü də bir nişanədi,yadigardı. Bax, bu mənada zənnimcə üzülməyə dəyməz. Heç siz də mənimyazdıqlarımı qəlbinizə yaxın buraxmayın, yəni siz də üzülməyin. Nə olacaqsa,qoy olsun. Bir də ki, biz dözümlü xalqın nümayəndəsiyik. Deməli, axırda qalibbiz olacağıq. Ən azından sözdə. Ona görə də mənim bu məqamda sizə də ona üz tutub əlimi görə açmağımı təbiiqəbul edin. Bilin ki, bu dua içimdən gəlir:


Səbriböyük Allahın

Onun çəkdiyiahın

Yaz sənmənə günahın –

Çəkimcan bahasına...


Günümgünə daşına

Günümdəngün yaşına...

Ürəyiminbaşına –

Oxu, oçaxa,: sına!


Ruhum, sənha gəvəzi

Getməzşair həvəsi...

Nəfəsi ələvəzi –

Çəkim mənyaxasına...


Köməküçün ün yaya

Həftəyaya, gün yaya...

Bu hərsifət dünyaya –

Atılmışçağasına...


Yolunsonu göründü

Hərhalını gör indi...

Keşikçiyənkönüllü –

Dərdiminağasına!..


Sizi deyəbilmərəm, heç buna kimsəni də təhrik etmirəm. Amma həqiqətən dərdin də,sevincin də ağası var. Sənə o sevincin də, dərdi də yaşadanın könüllü keşikçisiolmaq özü də bir gözəllikdi. Bu hardasa həm də həmin dərdin, sevincin ağasınınyanında olmaq deməkdir. Deçəli, mən öz duamla onun yanında olmaq istədiyimi təkrarvurğulamış oluram. İndi siz özünüz üçün istədiyiniz nəticəni çıxara bilərsiniz.Necə deyərlər, seçim öz ixtiyarınızdadı. İstəyənlər ətrafa da müraciət edə bilər,dosta da zəng vurmaq hüququndan yararlanar. Nə isə...

Həyatın (xüsusiləsınanmış və hər zaman da sınanmaqda olan insanı – Ə.M.) çətinliklərləaddambaaddım qarşılaşdırdığı bəndənin kimdənsə inciməsi və ya asi olması təbiibir haldı. Çünki dözümün də bir həddi-hüdudu var. Yerinə düşməsə də, bir atalarsözü ağlımın ucundan gəlib keçir. Atalar deyir ki, "su boğaza çıxanda pişik dəbalasını ayağının altına alır”. İndi dər də adamın təkcə aəlindən, ayağındanyox, hətta bığından, saqqalından, saçından tutub üzü aşağı çəkəndə onda adamtarazlığını itirir və dilindən küfrlər çıxır. Mən belə məqamı anlayışlaqarşılayıram. Və həmin adama da səbr, dözüm diləmirəm, sadəcə, yanında susubdayanıram...

Elə bilərsinizki, həmin an anlayışsız oluram, ya da özümü qeyri-ciddi, qeyri-səmimi aparıram.Yox vallah, mən bilirəm ki, həmin an deyəcəyim sözün heç birinin əhəmiyyətiolmayacaq, söz ayağa düşəcəkdi. Sözümayağa düşməməsi üçün isə sadəcə susmaq daha doğru, daha dürüst seçimdi. Bu mənimqənaətimdi. Və bu qənaət də ordan qaynaqlanır ki, çiynindəki ağırlıq artdıqcadizlərin titrəyir və üzü torpağa yaxınlaşırsan, elə mənim kimi.


İndisükut həmdəmim

Xəyalyol nişanımdı...

Uzaqxatirələrə -

Gedib yoluşanımdı...


Əlim daşüstə günlük

İçimdə təlaş,tünlük...

Bu dərddeyil ki, ünlük –

Ahaqovuşanımdı...


Daşınçapıq tərəfi

Kəsir düyünkələfi...

Bu kədərinşərəfi –

Nəmdənsoruşanımdı..


***

Bəzəndeyirlər ki, sözü zamanında, vaxtında demək, yazmaq lazımdır. Bilmirəm, bunudeyənlər nə fikirləşir, necə fikirləşir. Amma indi zaman sözdən çox-çox sürıətliolubdu. Deiyim söz qapıdan içəri keçməmiş artıq içəridəki zaman dəyişmiş olur,mühit yenilənir. Ona görə də sözü təkcə konkret yerinə, zamanın yox, bütpvlükdəhər kəsə və hər zaman üçün demək daha doğru olar. Onsuz da sahibi sözünü götürəcək.Əgər onu dinləmək və götürmək qabiliyyəti varsa, bunun üçün narahatlıqnigarançılıq yaşamağa ehtiyac yoxdu.

Mən öz həyatyolumda dəfələrlə qarşılaşıb şahidi olmuşam ki, deyilən söz necə ayaq altınadüşür. Hətta belə məqamda dalaşan, vuruşan, bir-birini təhqir edən adamları damüşahidə etmişəm. Və içimdə acımışam ki, bunlar gör nəyə və necə etiraz edibanlaşmırlar. Bu mənim çoxbilmişliyim, uzaqgörənliyim deyil. Bu sadəcə olaraqyaşaya-yaşaya, görə-görə dərk edib çıxartdığım nəticədi. Mən də bir Allah bəndəsikimi dizimə dəyən daşdan özümə gəlməyi bacarmışam. Və hətta elə məqamlar olubki, dəftəri-kitabı qatlayıb çıxıb getmık istəmişəm. Hətta yazmışam ki:


Başımıalıb əlimə

Çıxıbgetdim...

Nəsığışdısa qəlibə -

Yığıbgetdim...


Hakimolan andan kədər

İlahi,gör mən nə qədər...

Ümidevini lap hədər –

Yıxıbgetdim...


Tərpədibbir təl vidanı

Gecikdirməgəl, vidanı...

Məndişimlə əlvidanı –

Sıxıbgetdim...


Bu şeirhəvəsi kimi

Oynatdınəvəsi kimi?

Mənsevgi dəvəsi kimi –

Xıxıbgetdim!..

Bəli, buda bir qismətdi. Yüyür, qaç, qov, karvanlarda öndə get və sonra hardasa dizlərinqatlansın və yaxud da kimsə sənə nəyisə, haranısa istinad versin, göstərsin...

Beləcə,diqtə etdiyim bu qarmaqarışıq yazının məramı, məqsədi yəqin ki, bir az müəmmalıoldu, qaranlıq qaldı. Bunu da özüm istədim. Arzu etdim ki, yazının müəmmalarını,qarışıq məqamlarını hərə bildiyi kimi görsün, yozsun. Axı hərənin öz baxışbucağı, öz arşını var...

... Heçkim Tanrı ilə müqavilə bağlamayıb. Və heç kim də onun başına nələr gələcəyini vəonu nələr gözləyəcəyini söyləyə bilməz. Mən də hamı kimi söylədiyim, yazdığım məqamıniçərisində olmaqla sadəcə və sadəcə demək istəyirəm ki:


Qaçıramneçə gündü

Qaçırammən özümdən...

Kipriklərimdüyündü –

Tay dərddüşməz gözümdən...


Yolumbeş iynə boyu

Məsafəninyarısı...

Vallah,çıxıb üzümə -

Həsrətininsarısı...


Nə qədərtoparlanıb

Ovutsamda təkliyi...

Bir yerətopalanıb –

Ürəyiminçəkdiyi...


Mənqaşmaqla özümü

Çəkdim qəminşişinə...

Hopdurdumson dözümü –

Birvidanın dişinə!


İndiarxamca su at

Birçimdik ümid dilə...

Tanrınındərgahında –

Görüşümidi ilə...

P.S. Dəyərlioxucular, mən yazdığım yazılarlarsa sizə nəyisə deyib, nəyisə çatdıra bilirəmsə,xoş mənim halıma. Yox, əgər nəyisə deyib çatdıra bilmirəmsə, onda xoş sizinhalınıza!..

P.P.S.Bu yazını kim oxusa öz içində daşıdığı, yaşatdığı, Onu görə bilmədiyinə üzülməsin.Mən üzülmürəm. Bilirəm ki, burda görüşməsək də, Tanrı dərgahında görüşəcəyik.çünki ordan qaçış yoxdu!..



TƏQVİM / ARXİV