adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 Iyul 2019 11:04
17120
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlundan yeni şeir: ÜRƏYƏ





















Qabığı soyulan yanıq yeridi -
Dözmək! -gor qazmaqdı, andır ürəyə...
Mən dilin tapmadım, - gör neçə ildi -
Heçlik olduğuna - qandır! - ürəyi...

Susub , görməyən tək, yanımdan keçmə
Dəyişən deyil ki, bununla heç nə!
Mənim dərdim kimi, sevgim də seçmə! -
Pıçılda arabir, andır, ürəyi!

Ömrü uzun olmur günü sayanın
Eşq adlı bir dinin tanı, yayanın!..
Qurumuş ağacın, çapıq qayanın -
Dibində şam kimi yandır ürəyi!..

Sonuncu ümiddə qaynayıb , daşıb
Səsim də , özüm də tay dağdan aşıb...
Birdən aldanarsan - sevərsən çaşıb -
Göstər sən məni - inandır ürəyi !...