adalet.az header logo
  • Bakı 16°C
29 Iyul 2019 11:03
18785
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlundan yeni şeir: İSMARIC

İçimdə bir əminlik
çırpınır balıq kimi...
Bu sonuncu ümiddi -
bölünməz qalıq kimi...

Göyə millənən xəyal -
Havalanmış təyyarə...
Xəyaldakı anların -
hərəsi bir səyyarə..

Nə saymağa vaxt çatır
nə də yada salmağa...
Mənə bir az vaxt ayır -
ayır, nəfəs almağa!

İçimdəki əminlik
Sevgimin xilasıdı...
Məhəbbətlə Əbülfət -
Bu eşqin cinasıdı!...