hacklink Adalet.az | Vilayət Eyvazov DİN-in baş idarə və xidmət rəislərinə tapşırıqlar verib 27 İyul, 2019 14:05 Adalet.az | Vilayət Eyvazov DİN-in baş idarə və xidmət rəislərinə tapşırıqlar verib 27 İyul, 2019 14:05 Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Vilayət Eyvazov DİN-in baş idarə və xidmət rəislərinə tapşırıqlar verib 27 İyul, 2019 14:05

5468    |   2019-07-27 15:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov iyulun 26-27-də Gəncə Şəhər Baş Polis İdarəsində daxili işlər orqanlarının fəaliyyətinə və səlahiyyətinə aid məsələlərlə əlaqədar növbəti qəbul keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə,Daxili İşlər naziri əvvəlcə ulu öndər Heydər Əlyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Sonra V.Eyvazov Şəhidlər xiyabanına gedərək bir il öncə Gəncə şəhərində ictimai asayişin kobud şəkildə pozulması cəhdinin qarşısı alınan zaman xidməti vəzifələrini yerinə yetirərkən qəhrəmanlıqla həlak olmuş polis zabitləri - İlqar Balakişiyevin və Səməd Abbasovun, digər şəhidlərin əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.

Daha sonra nazir Baş Polis İdarəsində Gəncə də daxil olmaqla respublikanın Qərb bölgəsinin 10 şəhər və rayonundan, eyni zamanda, həmin zonada məskunlaşmış qaçqın və məcburi köçkünlərdən qəbul üçün müraciət edən 49 vətəndaş ilə görüşüb. General-polkovnik V.Eyvazov onların polisin fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün Nazirliyin aidiyyatı baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.

Tədbirdə iştirak edən şəxslər göstərilən diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə operativ şəkildə münasibətə və həssas yanaşılmasına görə ölkə Prezidentinə minnətdarlıq ediblər, onun ölkəmizin tərəqqisinə, iqtisadi dirçəlişinə, beynəlxalq imicininin daha da yüksəldilməsinə yönəlmiş siyasətini daim dəstəkləyəcəklərini bildiriblər.

Gəncəyə səfərinin sonunda nazir, general-polkovnik Vilayət Eyvazov DİN Daxili Qoşunlarının bu şəhərdə yerləşən hərbi hissəsinə gələrək şəxsi heyətin kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu və təminat məsələləri ilə yaxından tanış olub, ərazidə aparılan abadlıq, quruculuq işləri ilə maraqlanıb.

Sonra nazir hərbi hissənin meydanında hərbi qulluqçuların fiziki və döyüş hazırlığının yoxlanılması məqsədilə keçirilən təlimləri izləyib, əldə olunan nəticələrdən razılığını bildirib.

Şəxs heyət qarşısında çıxış edən Daxili İşlər naziri V.Eyvazov ulu öndərin əsasını qoyduğu inkişaf və tərəqqi strategiyasının Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi qüdrətinin, müdafiə potensialının artdığını, beynəlxalq mövqelərinin möhkəmləndiyini bildirib, möhtərəm dövlət başçımızın ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki təminatın, iş və məişət şəraitinin daha da yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərdiyini vurğulayıb.
Daxili Qoşunların ölkəmizdə müstəqilliyin və daxili sabitliyin qorunmasında xüsusi xidmətləri olduğunu diqqətə çatdıran nazir şəxsi heyətin ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirakını, yüksək peşəkarlığa, döyüş və mənəvi-psixoloji hazırlığa malik bir quruma çevrildiyini məmnunluqla bildirib.

Görülən işləri yüksək qiymətləndirən, konkret tapşırıq və tövsiyələrini verən Daxili İşlər naziri hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş vəzifələrin və verilən tapşırıqların öhdəsindən bundan sonra da layiqincə gələcəklərinə, xalqa, dövlətə və Prezidentə sədaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edib.





İmza:

Ombudsman 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə tədbir keçirib

Sahib MƏMMƏDOV: Kirayə mənzillər necə verilir?

Bizə yazırlar

Birinci özünə qarşı dürüst ol! - Qızıl dərililərin 20 "Şərəf Qanunu"

"Eurohome”da baş vermiş yanğın zamanı vətəndaşların təhlükəsizliyi təmin edilib (FOTO)

Bakıdan Sumqayıt və Pirşağıya yeni qatarlar işləyəcək (FOTO)

Rövnəq Abdullayev: Azərbaycanda sənaye üsulu ilə 2 milyard tondan çox neft hasil edilib

Komitə sədri: "Azərbaycanda xaricdən dəstəklənən, din adı altında gizlənən..."

DSX aeroprtda 2 elektron qapı quraşdırıb - FOTO

Aqil ABBAS: «AĞAC ƏKMƏDƏ SABİRABAD NÜMUNƏSİ»

ETİBAR ƏLİYEV, BİZDƏ NEÇƏ NÖV PENDİR VAR?

ÖMRÜNÜZDƏ BİR AĞAC ƏKMİSİNİZMİ?

SON XƏBƏRLƏR
2019-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK