adalet.az header logo
  • Bakı 13°C
27 Iyul 2019 12:15
23634
SİYASƏT
A- A+

ABŞ Meksika ilə sərhəddə divar ucaldılması üçün 2,5 milyard dollar ayıracaq

Pentaqon Meksika ilə sərhəddə divar ucaldılması üçün 2,5 milyard dollar ayıracaq.

Adalet.az-ın məlumatına görə, ABŞ Ali məhkəməsi büdcə pullarının sərhəd divar üçün xərclənməsini qeyri-qanuni hesab edən Kaliforniya ştatının federal məhkəməsinin qərarını ləğv edib.

Bundan sonra ABŞ prezidenti Donald Trampın administrasiyası ayrılan vəsaiti divarın ucaldılmasına xərcləyə bilər.

Qeyd edək ki, Meksika ilə sərhəddə divarın tikilməsi Trampın seçkiöncəsi vədlərindən biri idi.