adalet.az header logo
  • Bakı 20°C
26 Iyul 2019 14:05
6837
HADİSƏ
A- A+

Ağdamda yol qəzasında xəsarət alan şəxs xəstəxanda öldü

Ötən gün Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Adalet.az-ın məlumatına görə, rayonun Quzanlı qəsəbəsi ərazisində Ədilxan Adıgözəlovun idarə etdiyi "VAZ-21063” markalı avtomobillə Kazım Heydərovun idarə etdiyi "VAZ-2170” markalı avtomobil toqquşub.

Toqquşma nəticəsində Ə.Adıgözəlov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və iyulun 25-də ölüb.

Faktla bağlı Ağdam Rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanılıb.