adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Iyul 2019 11:57
11228
GÜNDƏM
A- A+

Bakıda pulsuz çimərliklər yaradılır - SİYAHI

Bakı şəhərində çimərlik mövsümündə vətəndaşlardan daxil olmuş müraciətlər, onların istək və arzuları nəzərə alınaraq aidiyyatı dövlət qurumlarının tapşırıqlarına əsasən paytaxtın bir sıra dənizkənarı ərazilərində ictimai çimərliklərin yaradılması işlərinə başlanılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, ilkin mərhələdə bu çimərliklər Səbail rayonu "Şıx” ərazisində və Novxanı qəsəbəsində, sonradan isə Hövsan, Buzovna, Bilgəh, Nardaran, ümumilikdə 7 ərazidə yaradılacaq.

Çimərliklərə giriş pulsuz olacaq, müvafiq qurumlar tərəfindən bura nəzarət ediləcək.