adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Iyul 2019 17:46
23150
DÜNYA
A- A+

Türk diplomatı öldürən terrorçu məhv edildi

Türkiyənin Milli Təhlükəsizlik Xidməti və Silahlı Qüvvələr tərəfindən İraqın şimalında həyata keçirilən əməliyyatda Ərbildə türkiyəli diplomatın öldürülməsini planlaşdıran terrorçular məhv edilib.

Adalet.az "Milliyet"ə istinadən xəbər verir ki, birgə əməliyyatlar müxtəlif vaxtlarda həyata keçirilib. Belə ki, ilk əməliyyat 18 iyulda, diplomatlara hücumun sabahı həyata keçirilib.

Kəşfiyyatın verdiyi məlumatlar əsasında PKK-nın bölgədəki başçılarından biri vurulub. Əməliyyatın davamı olaraq isə dünən daha bir terrorçu öldürülüb.

Qeyd edək ki, iyulun 17-də Ərbildəki restoranların birində türkiyəli diplomatlara hücum edilib. Nəticədə diplomat Osman Köse və iki yerli sakin həlak olub.