adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Iyul 2019 17:37
10589
MƏMLƏKƏT
A- A+

Daha 2 rayon qazsız qaldı - SƏBƏB qəza

Günorta saatlarında bölgələrdə qaz xətlərinə zədə yetirilməsi halları aşkarlanıb.

"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, Beyləqan rayonunun xidmət sahəsinə daxil olan Dünyamallar və İmamverdilər kəndləri istiqamətində olan qaz xəttinə traktorla zədə yetirilib. Ona görə də saat 13.10-dan etibarən təqribən 2500 abonentin qaz təchizatı dayandırılıb.

Şabran rayonunun Sincanboyad kəndində də qaz xəttini avtomobillə vurub yararsız hala salıblar. 85 abonentin qaz təchizatı dayandırılıb.