adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
25 Iyul 2019 17:14
6517
HADİSƏ
A- A+

Neftçalada dənizdə batan 3 nəfərdən 2-nin meyiti tapılıb

Neftçala rayonu ərazisində qeyri-çimərlik zonada batan 3 nəfərdən 2-nin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, dünən Neftçala rayonunda, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) batan 3 nəfərdən ikisinin meyiti (şəxsiyyətləri dəqiqləşdirilir) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Digər şəxsin axtarışları davam etdirilir.