adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Iyul 2019 16:36
22438
ƏDƏBİYYAT
A- A+

Anarı yenidən Yazıçılar Birliyinin sədri seçəcəyik – Rəşad Məcid

"Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayının vaxtı hələlik dəqiq deyil. Güman ki, qurultay ya bu ilin sonları, ya da gələn ilin martında baş keçirilsin”.

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəriXəyal Rzadeyib.

Onun sözlərinə görə, bu barədə məlumat növbəti aylarda dəqiqləşəcək.

AYB-nin katibi Rəşad Məcid isə qurumun hazırkı sədri Anarın namizədliyi barədə maraqlı fikir səsləndirib.

"AYB-nin namizədi Anar müəllimdir. Anar müəllimi seçəcəyik və yenə də AYB-nin sədri kimi işinə davam edəcək”

Qeyd edək ki, bir müddət əvvəl AYB-nin katibi, xalq yazıçısı Çingiz Abdullayev növbəti qurultayın 2020-ci ilin martında keçiriləcəyini bildirmişdi.