adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Iyul 2019 16:09
10440
MƏMLƏKƏT
A- A+

Qusarda daha bir nəfər itkin düşüb - Ailəsi onu axtarır

Qusar rayonunda 61 yaşlı kişi itib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar rayonunun Caqar kənd sakini, 61 yaşlı Ərzimanov Nəriman Ərziman oğlu cari ilin iyun ayının 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Nəriman Ərzimanovun əlamətləri belədir: Boyu 162 sm., yumru sifətli, qəhvəyi qısa saçlı, gözlərinin rəngi qonur, dolu bədən quruluşlu, hər iki qolları əyridir.

N.Ərzimanov əqli cəhətdən qüsurludur. Evdən çıxan zaman onun əynində qöy rəngdə qısaqol köynək, qara rəngdə şalvar və qara rəngdə ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və 055-335-33-35 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.