hacklink Adalet.az | Quba, Qusar, Xaçmaz və Xızı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək Adalet.az | Quba, Qusar, Xaçmaz və Xızı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Quba, Qusar, Xaçmaz və Xızı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək

5367    |   2019-07-25 16:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov iyul ayının 31-də Quba rayonunda, İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə Qusar rayonunda, avqust ayının 2-də isə Xızı rayonunda vətəndaşları qəbul edəcəklər.

Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun qəbulu Quba şəhərində "Heydər Əliyev Mərkəzi”nin inzibati binasında keçiriləcək. Qəbulda Quba və Xaçmaz rayonlarının sakinləri iştirak edə bilərlər.

Agentliyin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə Qusar şəhərində "Heydər Əliyev Mərkəzi"ndə vətəndaşların qəbulunu keçirəcək. Qəbulda yalnız Qusar rayonunun sakinləri iştirak edə bilərlər.

Saat 10:00-da başlanılacaq hər iki qəbul zamanı vətəndaşların avtomobil yolları ilə bağlı müraciətləri dinləniləcək.

Bundan başqa İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev avqust ayının 2-də saat 10:00-da Xızı şəhərində "Heydər Əliyev Mərkəzi"ndə vətəndaşların qəbulunu keçirəcək. Qəbulda yalnız Xızı rayonunun sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlər müvafiq rayonların Yol İstismarı MMC-lərində əvvəlcədən qeydiyyatdan keçə bilərlər.

Qəbullar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyul və avqust aylarında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.



İmza:
SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO