Faiq QİSMƏTOLU: SOVETİN VAXTI -3

FAİQ QİSMƏTOĞLU
51932 | 2019-07-25 15:40

... Odövrün adamları, o dövrün insanları Sovethökumətinin kəshakəs vaxtında ən çətin anlar yaşasa da, amma elə məqamlarvar ki, onları uzun illər keçsə də, yaddan çıxarmırlar. Yaddan çıxmayan həm dəodur ki, Sovetin vaxtında o hökuməti quran fəhlə-kəndlilərə heç bir vəzifəli şəxsyuxarıdan aşağı baxa bilməzdi. Amma baxanlar da vardı. O baxanlara da elə birtoy tutardılar ki, dədəsinin toyu yadına düşərdi.

Yənikiminsə haqqı tapdananda götürüb Moskvaya yazardı, Lenin mavzoleyinə məktubgöndərərdi, ordan da çox keçmədən cavab gələrdi ki, ay vəzifəli şəxs, sənHüseyqulu kişini niyə incitmisən? Bəsbilmirsən ki, Hüseynqulu kişi bu hökuməti quranlardandı? O dəqiqə Hüseynqulukişinin quyruğunu tapdalayanlar çəkilib durardı kənarda və dilləriniboğazlarına qoyardılar.

Bumövzunu qəzetimizin iki istedadlı yazarı – Mehman Cavadoğlu və Nicat Novruzoğlu qələmə alandan sonra üçüncü mövzunumən yazmaq istədiyimi bildirdim. Hər iki yazar mənə xeyir-dua verdi və dedi ki,yazsan maraqlı olar. Və düşündüm ki,ömrümün böyük hissəsini Sovetin dövründə yaşamışam; həm yaxşı, həm də pis tərəflərgörmüşəm. Və eyni zamanda istəsək də, istəməsək də bu bir tarixdi və biz onuyaşamışıq.

Sovetin əngözəl vaxtlarında ən gözəl günlər də yaşamışıq. Ancaq Sovetin vaxtında elə şeyolub ki, yeyib-içdiyimiz burnumuzdan tökülüb. Məsələn, ali məktəblərə qəbulzamanı savadlı və istedadlı uşaqlar zülm çəkiblər. Çünki əksər tələbələrtanışlıqla, ya da pulla ali məktəbə yol tapırdı. Savadlı və istedadlı abituriyentin"əla” qiymət alıb ali məktəbə girməsi çox çətin idi. Ən azından qəbulimtahanında müəllimlə "döyüşməli”, ya da səndən imtahan götürən müəllim çox ədalətliolmalı idi. Bu da nadir hadisə idi.

Tariximtahanından bir dəfə mənə universitetdə partkom işləmiş bir professor böyürdə-böyürdə"3” yazdı. Nə var- nə var, adamım yox idi, tapşırılmamışdım. Amma məndən əvvəlolan abituriyentə o müəllim "əla” yazdı. Sonrakı il ali məktəbə yüksək qiymətləqəbul oldu. Və qurtarana qədər o professora qəlbimdə heç bir sevgi hissiolmadı. Çünki mənim halal haqqımıbaşqasına vermişdi. Haqqın yeyilməsi isə adamı ölənə qədər yandırır.

Pahattonan, mənim bir qohumum vardı, bir zavodda qaravolçudan kərpic almışdı. Bu kərpicində dəyəri 98 manat eləyirdi. O 98 manata görə, cinayət işi qaldırdılar,qaravolçunu, sürücünü və mənim qohumumu cinayət məsuliyyətinə cəlb elədilər.Hakim istədi ki, şərti cəza və inzibati yolla bu məsələni həll eləsin. Ammaprokurorluğun nümayəndəsi iki ayağını bir başmağa dirəyib dedi ki, sən nədanışırsan ey, bunlar məhkum edilməlidir. Məhkəmə də prokurorluğun sözündən çıxa bilmədi, qaravolçuya 5 il, sürücüyə 4il, mənim qohumuma isə 3 il iş kəsdi. Bax, beləcə onların həyatını zəhərlədi.İndi də çalışırlar ki, bəraət alsınlar, deyirlər ki, o maddəyə bəraət düşmür.Bax, belə. Bir rejim üç insanın həyatını zəhərə döndərdi.

...Sovetin vaxtında 1 May nümayişi yadıma düşür. Aclıq olsun, kef olsun, hamınümayişə çıxsın! "Adə urrreyyy” – deyib Azadlıq meydanı ilə hərəkət edən onminlərlə nümayiş iştirakçıları "Sov. KP-yəeşq olsun!” şüarını səsləndirirdi. Hünərin var idi onu deməyəydin. O dəqiqəsəni "KQB”-yə satacaqdılar ki, bəs filankəs Sovet hökumətini xoşlamır. Hərçəndki, o şüarı deməyənlər də vardı. Sonra başlayırdı ayın 2-də çamaat o ki, varyeyib-içməyə. Yığılıb ya bir dana alardılar, ya da qoyun-quzu. Təbiətinqoynunda – meşəlikdə, otların, çiçəklərin arasında gedib o dananı, o qoyunu kəsibsoyutma eləyərdilər, kabab bişirərdilər, sonra da urus arağıyla bəsdi deyincəvurardılar.

O dövrün kolxozu vardı, sovxozu vardı, fabrikivardı, zavodu vardı. Və bu yerlərdə yüz minlərlə insan işləyərdi. Bir adam beləişsiz qalmazdı. Hətta cinayət məcəlləsində bir maddə də vardı: tüfeyli həyatsürməyə görə, cinayət məsuliyyəti. Yəni kim işləmirdisə, hüquq-mühafizə orqanlarıonlarla maraqlanır, nəzarətə götürür, onları işə düzəldirdilər. Hətta həbsxanadançıxıb gələn adam bekar qala bilməzdi. Sahə müvəkkili onun başının üstünü kəsdirər,deyərdi ki, işləməyinlə bağlı bir arayış gətir. O da arayışı tapıb gətirərdi və"uçastkovu” da bundan sonra rahat nəfəs alardı.

Tayindiki kimi həkimlər, təhsil işçiləri adamın cibini soymazdı. İndi də hansıdövlət və özəl xəstəxanaya gedirsən, səni elə günə qoyurlar ki, xəstəliyinyaddan çıxır. Amma o vaxtlar həkimlər xəstədən açıq-saçıq pul istəməzdilər. Mənimbir qohunun vardı, respublika xəstəxanasında cərrahiyyə əməliyyatı olunmuşdu.Qohumum nə qədər elədi, həkim pul götürmədi.Axırda pul götürmədiyinə görə, qohumum onun evinə kənddən 3-4 çolpa, bir azqatıq, bir az da yağ göndərdi. Həkim buna da etirazını bildirdi. Amma indiadamın canını alırlar e, canını! Hər şeyin fantastik qiyməti var.

Eləbilirsiniz Sovet hökumətinin yaxşı tərəfləri yox idi? SSRİ dağılandan sonra ondanayrılan bir çox respublikalar da kolxoz və sovxozları saxladılar. Elə bizdə dəbircə İsmayıllı rayonunun İvanovka kəndində bu kolxozu saxlayıblar. Deyilənlərəgörə, camaat başqalarından daha yaxşı dolanır.

Kəndlərdətorpaqlar necə gəldi paylandı və kənd təsərrüfatı da bərbad günə düşdü. Məsələn,bizim kənddə torpaqlar paylananda hətta əkin sahələri də həyətyanı sahə kimibölüşdürülüb. İndi orda eləsi var ev tikib, eləsi var villa inşa edib, eləsi dəvar özünə balaca bir koma düzəldib. Yəni əkib-bücərməyə torpaq qalmayıb. Pərakəndəşəklində hərənin bir-iki hektar sahəsində ya taxıl əkilib, ya da pambıq. Onu dabecərmək çox çətin olur. Hələ indi fikirləşirlər ki, balam, bu kolxoz vəsovxozları dağıtmaq yaxşı iş deyilmiş. Əkin sahələri pərən-pərən düşür, kiminkefi nə istəyir onu əkir, kefi istəməyən də heç nə əkmir. Deyirlər ki, buproblemi aradan qaldırmaq üçün iri fermer təsərrüfatları yaradılacaq.

Eləkolxoz-sovxoz var idi də! Niyə yaman günə qoydiniz ki, təzədən bir zadyaradasınız?! O zadı da yaratmaq elə də asan olmayaqac. Zad yaranana qədər dəpomidorun kiloqramı 1 manatdan aşağı düşməyəcək. Ancaq bu təsərrüfatlar olandaelə bu aylarda pomidorun, xiyarın, soğanın qiyməti kooperativ mağazalarda 15 qəpikidi. İndi get görüm, mağazalardan1-2 manata bunu ala bilirsən, ya yox?!.

... Ondatəhsil pulsuz idi və kasıb uşaqları çətinliklə də olsa ali və orta ixtisas məktəblərinəqəbul olanda pul ödəmirdilər. Ancaq rüşvət vardı. Heç kəs öz savadı hesabınateknikomlara qəbul ola bilməzdi. Ali məktəbə qəbul ola bilərdi, ancaq texnikumaçox çətin. Çünki hər direktorun öz siyahısı olardı və o siyahı əsasında da qəbulaparılardı. Bu mənada bugünkü abituriyentlərin bəxti gətirib. Elə ən böyük təqdirolunan iş də test üsulu ilə tələbə qəbulunun aparılmasıdı. Hərçənd ki, buna dabadalaq atmaq istəyən çoxdu və bu da nə yaxşı ki, alınmır.

Sovetindövründə ali məktəbi, texnikumu, lap peşə məktəbi bitirirdin, səni təyinatlaiki illiyə hər hansı rayona məcburi işləməyə göndərirdilər. Yəni diplomun varidisə, işin var idi, çörəyin var idi.İndi isə ali məktəbi qutaran yüzlərlə,minlərlə işsiz qalan məzun var. Onlar iş dalınca ora-bura qaçırlar, ixtisasınauyğun iş tapmırlar. Axırda gedib ya fəhləlik eləyirlər, ya da başını götürübxaricə gedirlər.

Əgər biradam ali məktəbi bitirirsə, niyə işə girmək üçün yenidən imtahan verməlidir? Bəsonda onun dörd il çəkdiyi əzab-əziyyət, həyəcan hara gedir? Adicə müəllim işləməkistəyirsənsə, hansı ali məktəbi qurtarmağından asılı olamayaraq, təzədənimtahan verməlisən, müsabiqədən keçməlisən, sonra da iş tapıla, ya tapılmaya.Çünki bu müsabiqələrin necə keçirildiyini camaat yaxşı bilir. Ən azından onagörə ki, heç kim çörəyi qulağının dibinə yemir.

Sovetindövründə qulaq dincliyi var idi, ümid var idi, dolanışıq var idi və ən nəhayət,hərtərəfli təhlükəsizliyin təmin olunmuşdu. Çünki böyük bir imperiyanın içindəyaşayırdılar. Amma bu imperiyanın tozu və üfunəti insanları boğurdu,yeyib-içdiklərini burnundan gəlirdi. Yəni hamı eyni cür düşünməli, eyni cüryaşamalı idi. Bir balaca kimsə fərqli düşünsəydi, indiki kimi ağzına gələnidanışsaydı, dədəsini dalına şəlləyərdilər.

Azadlıqdanvə müstəqillikdən gözəl şey yoxdu. Biz də azad və müstəqil dövlətin vətəndaşlarıyıq.Min şükür! Amma nə yaxşı olar itirdiyimiz torpaqları qaytara bilsək... Amma nəyaxşı olar hamımız işləyə bilək... Amma nə yaxşı olar hamı evindən çıxandasevinə-sevinə çıxsın, qayıdan da sevinə-sevinə dönsün... Allah sənə rəhmət eləsin,Sovet hökuməti!


TƏQVİM / ARXİV