hacklink Adalet.az | XİN: Türkiyə vətəndaşları Azərbaycanda 30 gün vizasız qala bilər Adalet.az | XİN: Türkiyə vətəndaşları Azərbaycanda 30 gün vizasız qala bilər Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

XİN: Türkiyə vətəndaşları Azərbaycanda 30 gün vizasız qala bilər

23715    |   2019-07-25 14:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi ilə bağlı açıqlama yayıb.

Nazirliyin Mətbuat xidmətindən  verilən məlumata görə, açıqlamada deyilir:

"Xalqlarımız arasında ortaq etnik-mədəni, tarixi köklərə, qardaşlıq və dostluq, həmrəyliyə söykənən Azərbaycan və Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin "bir millət, iki dövlət” kəlamına uyğun olaraq ən yüksək səviyyədədir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri ilə ikitərəfli münasibətlərimiz uğurla inkişaf etməkdədir.

Hərtərəfli inkişaf edən Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı ölkələrimiz arasında viza sahəsində əməkdaşlığın dəyərləndirilməsini və xalqlarımızın sərbəst gediş-gəlişinin təmin edilməsi zərurətini şərtləndirir.

Bu baxımdan, Azərbaycan Respublikasına 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün 1 sentyabr 2019-u il tarixindən etibarən viza tələbi ləğv edilir.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota ünvanlanıb.

Əlavə edək ki, Azərbaycan Respublikası ərazisində 30 gündən artıq qalmaq istəyən Türkiyə Respublikası vətəndaşlarının statusu Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənir.

Türkiyə Respublikası Hökumətinin qərarına əsasən, bu ölkəyə 30 günədək səfər edən Azərbaycan Respublikası vətəndaşları viza tələbindən azad edilmişdi.

Viza tələbinin ləğvi qərarı Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin yüksələn xətlə inkişafına növbəti əsaslı töhfə olacaq".




İmza:

Müsavat parlament seçkilərinə qatılacaq namizədlərin adlarını AÇIQLADI

GÜNÜN SÖZÜ JİRNOVSKİDƏN

Azərbaycan xalqı AXC şinelindən çıxmış heç kimi dinləməməlidir - Aslan İsmayılov

Rəsmi Bakının “qara siyahı”sına düşənlərin sayı çoxalıb

Ümummilli lider Heydər Əliyev Həştərxanda anılıb - FOTO

Azərbaycan Albaniyaya 500 min avroluq yardım edib

Müxalifət funksioneri "boykot" çağırışına görə Əli Kərimlini "ağ yuyub, qara sərdi"

Türkiyə XİN ABŞ Senatının qətnaməsini kəskin pislədi

“Dövlət siyasətində qadınlara böyük önəm verilir” - Nazir müavini

Naxçıvanda yeni publik hüquqi şəxs yaradıldı

Siyavuş Novruzov: "Milli Şura" zəifliyini ört-basdır etmək üçün seçkiyə getmək istəmir

Xələf Xələfov Gürcüstan-Azərbaycan sərhədində baş verən insident barədə: “Təxribat xarakterli deyil”

SON XƏBƏRLƏR
2019-12-16
2019-12-14


VİDEO